5 may 2014 12:55

Alfa Sığortanın 2014-cü il üçün planları açıqlandı

Sosial yönümlu layihələrin həyata keçirilməsi “Alfa Sığorta” şirkətinin 2014-cü ildə fəaliyyətinin əsas istiqamətlərindən biri olacaqdır. Bu barədə şirkətin marketinq üzrə direktoru Samir Güləhmədzadə ilə söhbət edirik.

- Keçən il “Alfa Sığorta” öz yeni sığorta məhsullarının təqdimatı üzrə maraqlı və kreativ promo-aksiyalarla yadda qalmışdır. Məhz Sizdən sonra bəzi sığorta şirkətləri də analoji məhsullara - ayıq sürücü, evakuasiya, yolda təmir və sair bu kimi ödənişsiz xidmətləri daxil etdilər. Bəs 2014-cü ildə “Alfa Sığorta” nə ilə yadda qalacaq?
- Bəli, həqiqətən də 2013-cü il bizim üçün əlamətdar olmuşdur. Sığorta fəaliyyətinə müddətsiz lisenziya aldıqdan sonra restaylinq prosesini müvəffəqiyyətlə həyata keçirdik, qısa nömrəmiz olan 947-ni istifadəyə verdik, Azərbaycan Turizm Assosiasiyasının yeganə sığortaçı üzvü seçildik. “Gələcəyə inan” promo-aksiyası çərçivəsində KASKO üzrə, özündə ayiq sürücü, evakuasiya, yolda təmir, xarici ölkələrdə təminat, konsultasiya, sığorta hadisəsi olmayan hallarda avtoservislərdə endirim və digər bu kimi ödənişsiz xidmətləri əks etdirən yeni məhsulumuzu reklam etdik. Keçirilmiş bütün bu marketinq fəaliyyəti öz nəticəsini verdi, belə ki, bir sıra böyük təşkilatların elan etdikləri tenderlərin qalibi olmaqla yanaşı, fiziki şəxslərdən da alınmış mükafatların həcmi önəmli dərəcədə artdı. Bu isə biznes icmanın diqqətindən kənarda qalmadı. Biz ən innovativ şirkət nominasiyası üzrə nüfuzlu Azeri Business Award mükafatına layiq görüldük.

Digər sığorta şirkətlərinin oxşar məhsullar yaratmaqlarına gəldikdə isə onu demək istərdim ki, burada heç bir problem görmürük, əksinə biz düzgün marketinq siyasəti apardığımıza bir daha əmin oluruq. Ümumiyyətlə uğurlu həll yolları bazar iştirakçıları tərəfindən yayımlanmalıdır, bu da bizim belə demək olarsa, respublikada sığortanın inkişafına təvazökar töhvəmizdir.

Biz 2013-cü ildə gördüklərimizdən bəhrələnərək, 2014-cü il üçün nəzərdə tutulmuş tədbirləri planauyğun şəkildə həyata keçiririk.

- Siz tədbirlər planından danışırsınız. Deməli planlaşdırılan layihələr artıq işlənib hazırlanmışdır. Maraqlıdır hansı layihələrdən söhbət gedir? Bunlarla bölüşə bilərsinizmi?
- Fikrimcə, nəzərdə tutduqlarımızı həyata keçirməzdən əvvəl məlumat vermək düzgün olmaz. Ümumilikdə planlaşdırdığımız layihələr icraya hazırdır, lakin bunun sosial əhəmiyyətliliyini və yeniliyi nəzərə alaraq, bəzi dəqiqləşdirmələrə ehtiyac ola bilər. Həm də Siz qeyd etdiyiniz kimi rəqib şirkətlər də mürgüləmirlər.

Onu deyə bilərəm ki, bu il biz maraqlı sosial layihələrə önəm verəcəyik. Biz gənclərin maariflənməsinə, ictimai münasibətlərin keyfiyyətinin inkişafına diqqət yetirilməsinə qərar vermişik. Biz bir sığortaçı kimi vətəndaşların rifahının yaxşılaşdirilmasına kömək göstərir və onların maliyyə itkilərinin qarşısını almaq üçün əlimizdən gələni əsirgəmirik. Bundan başqa biz

Gənc həmvətənlərimizin dünyagörüşünün formalaşmasinda da iştirak etmək niyyətindəyik. Bu kimi layihələri həyata keçirməklə, diqqətin ekologiyaya, şəhərin təmizliyinə, ictimai adaptasiaya yönəldilməsinə, eləcə də gənclərin enerjisinin cəmiyyət üçün faydalı sahəyə cəlb edilməsinə ümid edirik. Biz bu istiqamətdə dövlət qurumları, qeyri-hökumət və gənclər təşkilatları ilə əməkdaşlıq etməyi nəzərdə tutmuşuq. Sığorta şirkəti komersiya əsaslarda fəaliyyət göstərməklə yanaşı, həm də sosial əhəmiyyətli funksiyanı həyata keçirir. Dünyanı yaxşılığa doğru dəyişməklə, cəmiyyətin mənəvi əsaslarını qorumaqla və bununla yanaşı yeniliklər gətirməklə biz sığortanı təbliğ edir, vətəndaşların sığorta şirkətlərinə olan inamını artırırıq.

- Bəs hər hansı yeni sığorta məhsulunun yaradılması planınızda varmı?
- Təbii ki. Artıq yeni məhsulumuz hazırdı və yaxın vaxtlarda bunu müştərilərə təqdim edəcəyik. Biz yenə də yenilik gətirməyə calışacağıq. Bu müəyyən qrup müştərilər üçün nəzərdə tutulmuş maraqlı və əlverişlı təklif olacaqdır. Bununla əlaqədar olaraq bizim ideyalarımızın işlənməsində və həyata keçirilməsində tərəfmüqabilimiz “UniCrea” agentliyinin işini xüsusilə qeyd etmək istərdim.

“Alfa Sığorta” gələcəkdə də yeni məhsullar yaratmaq və sosial layihələrdə iştirak etmək niyyətindədir. Biz əminik ki, hər bir innovativ inkişafa yaradıcılıqla yanaşmanın özü komersiya uğurunun əsasını təşkil etməklə yanaşı, həm də cəmiyyətin və hər bir şəxsin kamilləşməsinə yardım edir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.