18 aprel 2014 13:00

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlarla görüşüb. Azerisport.az xəbər verir ki, İsmayıllıda Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.
Müraciətlərin böyük hissəsi idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı  ilə bağlı olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub.  Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 14-cü vətəndaş qəbuludu. İsmayıllıdan öncə nazir Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və  Masallıda vətəndaşları qəbul edib.
İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 560-dan çox vətəndaş qəbul edib.
(AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.