26 mart 2014 11:22

Azad Rəhimov Columbia Universitetində keçirilən konfransda əsas spiker kimi çıxış edib

Məlumat verdiyimiz kimi gənclər və idman naziri Azad Rəhimov ABŞ-da rəsmi səfərdədir. Azerisport.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri davam edən gənclər və idman naziri Azad Rəhimov dünyanın  aparıcı və ən qədim universitetlərindən biri olan Kolumbiya Universiteti ilə BMT Baş katibinin gənclər üzrə elçisinin ofisinin keçirdiyi gənclər konfransında çıxış edib. 
"Gənclərin rast gəldiyi marqinalizasiya və qeyribərabərlik" (Marginalization and Inequalities Youth Face) mövzusunda keçirilən konfrans nüfuzlu akamedik və professorları, bir sıra dövlət və beynəlxalq təşkilatların nümayəndələrini, aparıcı Amerika və Avropa universitetlərinin tələbə və fəal gənclərini bir araya gətirib. Öz çıxışında Nazir bu cür tədbirlərin keçirilməsini dəstəklədiyini bildirib, Azərbaycan gənclər siyasəti modeli, onun prioritet və nailiyyətləri haqqında geniş məlumatı təqdim edib. Eyni zamanda, nazir oktyabr ayında Bakıda ilk dəfə keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum", o istiqamətdə görülən işlər haqda danışıb, görüş iştirakçılarını Bakı Forumuna dəvət edib.  Azad Rəhimov: "Bakıda ilk dəfə olaraq keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum"unda 700 nəfər ekspert, dövlət, regional və beynəlxalq təşkilatları, eləcə də gənclər təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Biz sizin hər birinizi Forumda görməkdən şad olarıq". 
"Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsi təşəbbüsü konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru  Babatunde Osotimehin tərəfindən də böyük maraqla qarşılanıb. Babatunde Osotimehi: "Mən sevinirəm ki, Azərbaycanda gənclərə sərmaye qoyulur. Bu, o deməkdir ki, siz həm öz gələcəyinizə, həm gənclərin gələcəyinə inanırsız". 
Çıxışdan sonra gənclər və idman naziri cənab Azad Rəhimov Kolumbiya Universitetinin muzeyinə  Azərbaycan xalça nümunəsini hədiyyə olaraq təqdim etdi. Səfər çərçivəsində nazir Azad Rəhimov eyni zamanda "Gənclərin potensialının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu" (The role of UN in realizing the potential and meeting the challenges of empowering youth) adı altında keçirilən panelində də çıxış edib. Nazir BMT-nin baş katibi cənab Ban Ki-munun elan etdiyi "gənclər üçün və gənclər ilə iş" prinsipinin müasir gənclər siyasətində önəmli yer tutmasını qeyd edib, Azərbaycanda bu sahədə bir sıra nailiyyətlərin olmasını xüsusi vurğulayıb.
Qeyd edək ki, 24-25 mart 2014-cü il tarixlərdə gənclər və idman naziri cənab Azad Rəhimov Kolumbiya Universiteti ilə BMT Baş katibinin gənclər üzrə elçisinin ofisinin birgə keçirdiyi "Gənclərin rast gəldiyi marqinalizasiya və qeyribərabərlik" adlı konfransda dəvət edilmiş əsas spikerlərdən biri kimi çıxış etmişdir.  Konfransdan sonra Nazir BMT-nin İnkişaf Proqramının (UNDP) baş administratorunun müavini, Şərqi Avropa və MDB Departamentinin direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb. Görüşdə xanım Direktor Azərbaycanda dəfələrlə səfərdə olduğunu və ölkədə böyük inkişafın müşahidə etdiyini söyləyib. Bundan irəli gələrək, o, "Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsini alqışlayaraq, Forumda  mütləq iştirak edəcəyini də qeyd edib.
(AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.