24 mart 2014 11:55

AAAF Parkda Novruz şənliyi

Martın 21-də AAAF PARK Yaşayış Kompleksinin həyətindəki böyük parkda möhtəşəm Novruz şənliyi keçirildi. Azerisport.az xəbər verir ki, hər zaman sakinlərini düşünən kompleksimiz bu Novruza özünəməxsus tərzdə hazırlaşmışdı.

Xalqımızın qədim el bayramı olan Novruzun qeyd edilməsi mərasimi şən və təmtəraqlı bayram proqramı ilə yadda qaldı. Milli adət-ənənələrimizi özündə əks etdirən Novruz şənliyi çox böyük sevinclə qarşılandı. Şənlikdə AAAF PARK-ın iş kollektivi, Kompleksimizin sakinləri, hətta ətraf ərazilərdə yaşayanlar da iştirak edirdilər. Onlar bu bayramı yəqin ki, çox xatırlayacaqlar. Elimizə-obamıza baharın gəlişi Parkın təbiətində də hiss olunurdu. Sevinc, bayram hissi hamını bürümüşdü. Bir-birindən gözəl ifalar, maraqlı rublikalar şənliyə xüsusi rəng qatırdı. Kosa və keçəlin məzəli qarşıdurması, kəndirbazların məharəti, el pəhləvanlarının nümayış etdirdiyi maraqlı nömrələr uşaqdan-böyüyə hamının marağına səbəb oldu. Bu bayramda daha çox uşaqların sevinci qabarıq hiss olunurdu. Belə ki, AAAF PARK-ın yaşıllıq sahəsində canlı dəvənin seyrinə yığılanlar, dəvənin tərkində şəkil çəkdirənlər də məhz uşaqlar idi. Musiqiçilərin töhfəsi də AAAF PARK-ın bayram ab-havasını tamamlayırdı. Elimizin gözəl adəti bu bayramin atributlarında, personajlarında, şırniyyatında və Novruzun digər rəmzlərində yaşamaqdadır. Bu kimi bayram tədbirlərinin gələcəkdə də keçirilməsi, sakinlərinin sevincinə səbəb olması, hər zaman onların diqqət və qayğısını çəkmək AAAF PARK Yaşayış Kompleksinin ən öndə duran vəzifələrindəndir. AAAF PARK Yaşayış Kompleksinin kollektivi xalqımızı bu bayram münasibəti ilə təbrik edir və ona firavan ömür, bol bərəkət, nəinki Novruz bayramında, ilin bütün günlərində bahar təravətində qalmağı arzulayır.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.