22 mart 2014 11:22

Azad Rəhimov Ban Ki Munu Bakıya dəvət etdi

20 mart tarixindən etibarən Amerikanın Birləşmiş Ştatlarında rəsmi səfərdə olan nazir Azad Rəhimov BMT-nin baş katibinin müavini cənab Yan Eliasson  ilə görüşüb,  28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda keçiriləcək ilk "Gənclər siyasəti üzrə Qlobal Forumu"na BMT-nin baş katibi Ban Ki-Munun rəsmi dəvətini  təqdim edib. Azerisport.az xəbər verir ki, səfər çərçivəsində nazir  eyni zamanda BMT-nin Baş katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş keçirib, Azərbaycan hökümətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib.
Görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən, BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilmişdir.
Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı hazırlıq görüşündə də iştirak edən nazir  Forumun əhəmiyyətindən söz açıb. Azad Rəhimov: "Azərbaycanın gənclər  sahəsində böyük təcrübəsi və uğurlarını nəzərə alsaq, gənclər siyasəti tarixində ilk dəfə olaraq keçiriləcək və dünya gənclər siyasəti ekspertlərini bir araya gətirəcək Qlobal Foruma məhz ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə öz növbəsində Foruma hazırlıq istiqamətində artıq görülmüş işlərdən söz açaraq, Forumun Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradacılığını qeyd etdi. Tədbirdə həmçinin BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi cənab Əhməd Əlhəndavi, BMT-nin İctimai məlumat şöbəsi və Avropa Şurasının nümayəndələri  Maher Nasser və  Rui Gomes də çıxış ediblər. Onlar Azərbaycan hökümətinin gənclər siyasətinə ayırdığı diqqəti xüsusilə vurğulayaraq, Azərbaycanın Foruma ev sahibliyi etmək təklifini dəstəklədiyi üçün öz təşəkkürlərini bildiriblər.
Əlavə məlumat üçün qeyd edək ki, bu "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı ikinci hazırlıq görüşüdür və görüşdə tədbir təşkilatçıları olan AR Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı,  BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO, Avropa Şurası və digər think-tank təşkilatının nümayəndələri iştirak edirdilər. İlk görüş 2013-cü ilin noyabr ayında Fransanın Strasburq şəhərində keçirilmişdir.
(AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.