19 mart 2014 15:11

Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır

20 mart 2014-cü il tarixindən etibarən Gənclər və İdman naziri Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır. Azerisport.az xəbər verir ki, səfərin əsas məqsədi bu ilin 28-30 oktyabr tarixlərində Bakıda Gənclər və İdman nazirliyi, BMT Baş katibinin Gənclər üzrə Elçisi, UNESCO, Avropa Şurası, BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə birlikdə keçiriləcək  Gənclər Siyasəti üzrə I Qlobal Forumuna ikinci hazırlıq toplantısında iştirak etməkdir.
Səfər çərçivəsində nazir A.Rəhimovun Qlobal Forumun Bakıda keçirilməsinə dəstək göstərən və özünün 5 illik prioritetlərində gənclərlə işi xüsusi vurğulayan BMT-nin Baş katibi Ban Ki-Muna rəsmi dəvət məktubunu təqdim etməsi də nəzərdə tutulub.   
24-26 mart tarixlərində Azad Rəhimovun BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi tərəfindən ABŞ-ın aparıcı universitetlərindən biri olan Kolumbiya Universitetində "Gənclərin  qeyri-bərabərliyi və marqinallaşmasının daha yaxşı anlamına doğru" mövzusunda təşkil edilmiş Konfransda çıxışı da nəzərdə tutulub.
Eyni zamanda səfər zamanı nazirin BMT-nin İnkişaf Proqramının Administrasiyası rəhbəri xanım Helen Klark, BMT Baş katibinin Məlumat və İctimai əlaqələr üzrə nümayəndəsi cənab Piter Launski-Tiffental və digər şəxslərlə rəsmi görüşlər keçirəcəyi planlaşdırılıb.
BMT Baş katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndəvi ilə görüş zamanı Azərbaycan respublikası Gənclər və İdman nazirliyi və BMT-nin Azərbaycan Respublikasinin Gənclər və İdman Nazirliyi ilə BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında Anlaşma Memorandumunun imzalanacağı nəzərdə tutulub.
(GİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.