21 fevral 2014 14:14

Mahir nişançılar VIII Respublika turnirində yarışacaq

26 fevral-Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar 22 fevral 2014-cü il tarixdə saat 11.00-da Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Cəmşid Naxçıvanski adına hərbi liseydə ali təhsil müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VIII Respublika turniri keçirəcək. Azerisport.az xəbər verir ki, turnirdə respublikanın 23 ali təhsili müəssisəsindən 100-ə yaxın tələbə iştirak edəcəkdir.
Turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərmək, güllə atıcılığı üzrə idman növünü geniş təbliğ etməkdir.
Qeyd edək ki, turnir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.6. (Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, layihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması) yarımbəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.