22 oktyabr 2013 11:05

Alfa Sığorta şirkəti kimsəsiz uşaqları sığortaladı

“Alfa Sığorta” şirkətinin kollektivi valideyn qayğısı və sevgisindən məhrum olmuş kimsəsiz uşaqları sevindirməkdə davam edir. Daim uşaq evlərilə əlaqə saxlayaraq, balaca sakinlərin ehtiyyaclarını öyrənərək, bir şirkət olaraq bu ehtiyyacların ödənilməsi istiqamətində əlindən gələni əsirgəməyən “Alfa Sığorta” öz ənənəsinə sadiq qalaraq bu dəfə Günəşli qəsəbəsi, “D” massivində yerləşən 2 saylı uşaq evində valideyin himayəsindən məhrum olmuş körpələri müqəddəs qurban bayramı münasibətilə təbrik etdi.
 
Kimsəsiz körpələr evini ziyarət zamanı müqəddəs bayram münasibətilə qurbanlar kəsilmiş, körpələr üçün ziyafət və şənlik təşkil edilmişdir.
 
Ziyafət zamanı “Alfa Sığorta” şirkəti kimsəsiz körpələr evinin rəhbərliyinə evin balaca sakinlər üçün 110 000 AZN məbləğində təminatı olan bədbəxt hadisələrdən sığorta şəhadətnaməsini hədiyyə olaraq təqdim etmişdir.
 
“Alfa Sığorta” şirkəti valideynləri öz övladlarını atmamağa, onları valideyn sevgisindən məhrum etməməyə çağırır.
 
Xatırladaq ki, səhmdarı (100%) «Bank Technique» ASC-yə məxsus olan «Alfa Sığorta» şirrkəti 1997-ci ildə təsis edilmişdir. 7,78 mln manat Nizamnamə kapitalına malik “Alfa Sığorta” ASC 35-dən artıq könüllü və icbarı sığorta növləri üzrə fəaliyyət göstərir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.