21 oktyabr 2013 17:08

Azad Rəhimov Əlhəndavi ilə görüşüb

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununu çərçivəsində Bakıda rəsmi səfərdə olan BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavini qəbul edib. Azerisport.az xəbər verir ki, Azad Rəhimov qonağa gənclər və idman sahəsində görülən işlər haqda qısaca məlumat verib:
 
“Hal-hazırda bizim üçün ən önəmli addım Azərbaycan adını dünya xəritəsində ön sıralara çəkməkdir. Bu gün ölkəmiz gənclər, eləcə də idman sahəsində beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu il biz Beynəlxalq İdman Jurnalisitləri Assosiasiyasının tədbirini Azərbaycanda gerçəkləşdirdik. Bununla yanaşı bu gün ölkəmizdə təşkil olunan ”Simulasiya oyunu” çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gəncin tədbirə qatılması Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə yüksək şəkildə ev sahibliyi etməsinə  bariz nümunədi”.
 
Daha sonra A.Rəhimov gənclər sahəsində həyata keçirilən bir sıra layihələr, gənclər təşkilatlarına verilən qrantların sayının durmadan artması, ölkəmizdə fəaliyyət göstərən gənclər evləri  barədə məlumat verdi. Eyni zamanda  nazir, Azərbaycanın çox yüksək səviyyədə “2015 Avropa Olimpiya oyunları” na hazırlığı, Azərbaycan idmançılarının son ildə olimpiya və qeyri olimpiya idman növləri üzrə 700  medal qazandığını və digər məlumatları qonağın diqqətinə çatdırdı.
 
Əhməd Əhləndavi yüksək səviyyədə təşkil olunan tədbir üçün Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirdi. Daha sonra qonaq Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, “İrəli” gənclər təşkilatı  və  Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə olan görüşü haqqında məlumat verdi.
 
Görüşün sonunda Əhməd Əhləndavi  növbəti illərdə də Azərbaycanda bu səpkili tədbirlərin keçirilməsi istiqamətrində yeni addımlar atılmasının önəmindən danışdı.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.