4 oktyabr 2013 14:08

İlham Əliyev İslamiadada uğur qazanmış idmançılarımızı qəbul etdi

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, idmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanıblar ki, onlardan da 6-sı qızıldı:
 
 “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidi. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”, - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirib.
 
Dövlətimizin başçısı qeyd edib ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub, 2018-ci ildə isə Naxçıvan bu missiyanı yerinə yetirəcək. İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin təsadüfi xarakter daşımadığını deyən Azərbaycan Prezidenti keçənilki London Olimpiya Oyunlarında 10, bu il Kazanda keçirilən universiadada isə 16 medal qazanıldığını bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu qələbələrin təməlində düşünülmüş siyasət dayanır. Təsadüfi deyil ki, idmançılar üçün yaradılan şərait daha da yaxşılaşır və bu gün Azərbaycanda 40 Olimpiya mərkəzi fəaliyyət göstərir, bununla da idmanın kütləviliyi təmin olunur.
 
Ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyən Azərbaycan Prezidenti qeyd edib ki, 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək və hazırlıq işləri ən yüksək səviyyədə aparılır. 2017-ci ildə isə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.
 
Prezident İlham Əliyev dövlətin idmançılara olan dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb və əmin olduğunu bildirib ki, idmançılarımızı qələbələrə aparan məhz Vətən sevgisidi.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmanın karate növündə idmançılarımızın İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdiyini diqqətə çatdırıb. O, beynəlxalq aləmdə ölkəmizin idman dövləti imicini daha da möhkəmləndirdiyini bildirib.
 
İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan Mamayev oyunların idmançılarımız üçün uğurlu olduğunu vurğulayıb.
 
Taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz Abdullayev qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız uğurla çıxış edib, 4 medal qazanıblar.
 
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Oyunların keçirildiyi Palembanq şəhərində “Bakı 2017” Təşkilat Komitəsi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunan “Azərbaycan günü”nün yüksək səviyyədə təşkil edildiyini bildirib.
 
Görüşə yekun vuran Prezident İlham Əliyev qeyd etdi ki, hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir. “Heç bir dövrdə Azərbaycan idmanı indiki qədər güclü olmayıb”, - deyən dövlətimizin başçısı müstəqillik illərində ölkəmizin bir çox uğurlara imza atdığını, Olimpiya sıralamasında Azərbaycanın 200 ölkə arasında 30-cu yerdə qərarlaşdığını bildirdi, ölkəmizi tanıtmaq üçün idman və mədəniyyətin güclü vasitə kimi çıxış etdiyini söyləyib.
 
Prezident İlham Əliyev idmançılarımızı parlaq qələbələri münasibətilə bir daha təbrik edib.
Sonda xatirə şəkli çəkdirilib.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.