2 oktyabr 2013 18:22

Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçiriləcək

Oktyabrın 4-də saat 17:00-da Respublika Olimpiya İdman Liseyində (ROİL) Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) təşkilatçılığı ilə ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının təbliği ilə bağlı tədbir keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə Olimpiya çempionları Lyudmila Şubina, Zemfira Meftəhətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, olimpiya mükafatçıları Vitali Rəhimov, Rövşən Bayramov, vaxtilə ROİL-də təhsil almış veteran idmançı, məşqçi və mütəxəssislər, tanınmış idmançılar, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri işitirak edəcəklər. Tədbirdə ROİL-in fəaliyyəti dövründə fərqlənmiş idman mütəxəssisləri, idmançılar, məşqçilər, fəxri qonaqlara və s. AzƏOK-un müxtəlif nominasiyaları üzrə mükafatları təqdim olunacaq.
 
Məlumat üçün bildirək ki, Ədalətli Oyunlar Hərəkatı ötən əsrin 60-cı illərində yaranıb. 1963-cü il dekabrın 5-də Parisdə ədalətli oyunlar üzrə Pyer de Kuberten Fondu təsis edilib, 1973-cü il mayın 29-da isə bu fond Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CİFP) adı alıb. Belə bir qitə təşkilatının yaradılması ideyası da ötən əsrin ikinci yarısından müxtəlif toplantılarda səslənib. 1994-cü ildə İsveçrənin Sürix şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatı (EFPM-European Fair Play Movement) adlanan təşkilat yaradılıb. Təşkilatın əsas məqsədi idmanda və gündəlik həyatımızda ədalət prinsiplərini təbliğ etmək, idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrıseçkiliyə yol verməmək, idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları obyektiv cəzalandırmaq, bir sözlə, ədalətin bərqərar olunmasına çalışmaqdır.

 

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.