25 sentyabr 2013 12:33

“Bakıda keçiriləcək Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq”

Bu gün “Abşeron” mehmanxanasında Fransanın Azərbaycandakı səfirliyi Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı seminar təşkil edib. Azerisport.az xəbər verir ki, seminarda iştirak edən Avropa Oyunlarının icraçı direktoru Cim Şerr də çıxış edib.
 
“Biz inanırıq ki, Bakıda keçiriləcək I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq. Bu oyunlara hazırlıq üçün bizə ayrılan büdcədən məhsuldar şəkildə istifadə etməyə cəhd edirik. Qarşıda hələ iki il var. Bizdə idmanın 19 növündə yarışların təşkil olunması üçün tədbirlər planı və proqramı var".
 
Xatırladaq ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assambleyasında, Avropanın 49 Milli Olimpiya Komitəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə, 84 faiz əksər səs çoxluğu ilə təsdiqləyib. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən "I Avropa Oyunları 2015"in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə 2015-ci il 28 iyun tarixində keçiriləcək.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.