23 sentyabr 2013 11:05

Azərbaycan İslamiadanın açılışında (FOTOLAR)

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı  Palembanq şəhərində İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunlarına bu gün start veriləcək. Azerisport.az xəbər verir ki, sentyabrın 22-də isə oyunların təntənəli açılış mərasimi keçirilib. Həmin gün əvvəlcə,  Oyunlar üçün salınmış xüsusi şəhərcikdə Azərbaycan Respublikası bayrağının qaldırılması mərasimi keçirilib.
 
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və idman nazirinin müvini İsmayıl İsmayılov və nümayəndə heyətimizin digər üzvləri iştirak ediblər.  Dövlət  himnimizin sədaları altında Azərbaycan bayrağı yüksəldildikdən sonra təşkilat komitəsinin xüsusi hədiyyəsi Azərbaycan nümayəndə heyətinin şef de missionu Vagif Əliyevə təqdim edilib.
 
Günün sonunda isə Gelora Sriwijaya Jakabaring stadionunda Oyunların təntənli açılış mərasimi keçirilib. Azərbaycan komandası stadiona Əlcəzairdən sonra, ikinci daxil olub. Milli bayrağımızı ağırlıqqaldıran İntiqam Zairov aparıb.
 
Tədbirin rəsmi hissəsində İndoneziya prezidenti Susilo Bambanq Yudono çıxış edərək müsəlman dövlətlərinin birliyi baxımından İslam Həmrəylik Ölkələrinin oyunlarının böyük əhəmiyyət daşıdığını bildirib.
 
İndoneziyanın idman naziri Roy Surya və İslam Həmrəyliyi Oyunları Federasiyası (ISSF) rəhbəri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti şahzadə Nəvvaf bin Feysəl də çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
 
Andiçmə və dua oxunmasından sonra meydan incəsənət ustalarına verilib.
 
Denni Malikin müəllifi olduğu “İslam həmrəyliyi ruhu” mövzusunda rəqs şousuna tamaşa etdikdən sonra, açılış mərasimi atəşfəşanlıq və bədii hissə ilə davam edib.
 
Sentyabrın 23-də Azərbaycan idmançılarından karateçilər və badmintonçular mübarizəyə qoşulacaqlar.
 
Qeyd edək ki, növbəti, 4-cü İslam Həmrəyliyi Oyunları 2017-də Azərbaycan paytaxtında keçiriləcək. (AGİN)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.