20 sentyabr 2013 00:01

Çingiz Hüseynzadə: Millinin və bəzi klublarımızın məzmunlu oyunu gələcəyə nikbun baxmağa imkan verir

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin azerisport.az saytına müsahibəsi
 
- Həftəsonu 3-cü İslam Həmrəylik Oyunları start götürəcək. Komandamızın bu yarışda hədəfləri nə olacaq?
- Həmişə olduğu kimi İslam Həmrəylik Oyunlarında Azərbaycanı layiqincə təmsil edib uğur qazanmağa çalışacağıq. Fərdi idman növlərinin çoxunda idmançılarımız iştirak edəcək. Səfərə güclü karate, uşu, atletika və ağır atletikanı təmsil edən idmançılarla yollanırıq. Ümidlərimiz böyükdü. Komanda hesabında ilk onluqda qərarlaşmaq əsas hədəflərdən biridi.
 
- Açılış mərasimində Azərbaycan bayrağını hansı idmançı aparacaq?
- Bu məsələ hələ açıq qalır. Çünki, açılışdan sonrakı yarış günündə mübarizə aparacaq idmançıları yormaq istəmirik. Yaxın günlərdə bayrağın hansı idmançı daşıyacağı məlum olacaq. Heyətdə titullu karateçi və atletlərimiz, eləcə də ağır atletika ustalarımız var. Onlardan biri də ola bilər. Yenə demək istəyirəm ki, idmançıların nə vaxt çıxış edəcəyi nəzərə alınacaq. İlk növbədə hazırlığa problem yaratmamalıyıq.
 
- Növbəti İslam Oyunları Bakıda keçiriləcək. Bu mənada bizim üçün İndoneziyadakı yarış həm də təcrübə olacaq...
- Hazırda İslam Həmrəylik Oyunlarına hazırlıq Avropa Oyunlarına hazırlıqla yanaşı gedir. Əminəm ki, Azərbaycan bu yarışları yüksək səviyyədə keçirəcək. Səfərə mütəxəssisləri də aparırıq. Onlar da müəyyən işləri nəzərə almalıdı. İndoneziyada 13 idman növü olacaq. Biz isə proqrama 17-18 idman növünü daxil etməyi planlaşdırırıq. Milli idman növümüz olan zorxananı da daxil etmək fikrindəyik.
 
- Son zamanlar ağır atletikanın da Avropa Oyunlarının proqramına daxil ediləcəyi deyilir......
- İlk günlərdə Avropa Oyunlarında 15 idman növünün olması gözlənilir. Bəzi beynəlxalq federasiyalar Avropa Oyunlarının ilk dəfə keçirildiyini nəzərə alaraq yarışla ciddi maraqlanmırdı. Lakin Bakıya edilən səfərlərdən sonra Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin oldular. Hazırda ağır atletikanın ora daxil edilməsi müzakirə olunur. Beynəlxalq Federasiya müzakirlərdə iştirak edir. Oktyabrın sonunda Bakıda COCOM-un iclası olacaq. Orada bütün suallara aydınlıq gələcək. Avropa Oyunlarının konkret tarixi var. Biz bu yarışın vaxtını artıra bilmərik. Həmin müddət üçün yerləşdirmə, qidalanma, nəqliyyat məsələləri həll olunub. Həmin iclasda idman növlərinin, qonaqların, idmançıların sayı və idmançıların hansı yarışlardan seçilməsi dəqiqləşəcək.
 
- Azərbaycan idmançılarının 2013-cü ildəki yarışlarını necə qiymətləndirirsiniz?
- İdmanımız inkişaf tempini davam etdirir. Cari ildə Kazandakı Universiadada uğurlu çıxış etdik. Atletlər, gimnastlar, cüdoçular bizi sevindirdi. Eyzani zamanda velosport inkişaf edir. Elxan Məmmədovun çempion olması Azərbaycan cüdoçularına böyük sevinc gətirdi. Biz həmişə Elxana inanmışıq. Maraqlıdır ki, o, dünya və Avropa çempionatlarında yaxşı çıxış edib. Amma olimpiya oyunlarında özünə bənzəmirdi. Olimpiya oyunlarinda çıxışı adətən alınmayıb. Braziliyadakı mundialda qızıl qazanmaqla göstərdi ki, onu hesabdan silmək olmaz. Elxan hələ potensialından istifadə edə bilər.
 
- Yəni növbəti olimpiadada biz onu görə bilərik?
- Hər şey özündən asılıdı. Mövlud Mirəliyev Pekin Yay Olimpiya oyunlarında iştirak edəndə kifayət qədər yaşı var idi. Amma əsl fədakarlıq göstərərək bürünc medal qazandı. Sübut etdi ki, Mövlüd illərin təcrübəli cüdoçusudu. Məhz bu amildən çıxış edərək Elxan Braziliyada yenidən uğur qazana bilər.
 
- Bütün idman növlərini dediniz. Bəs futbol?
- Futbolda da müəyyən mənada irəliləyiş var. Bilirsiniz bu idman növündə uğur qazanmaq üçün zaman lazımdı. Məsələn yığmanın son oyunları yaxşı mənada fərqlənir. Maltayla, səfərdə İsraillə yaxşı oynadılar. Artıq oyunumuzda məzmun var. “Qarabağ” klubu Avropa Liqasından uğurlu çıxış etdi. 3 mərhələ adladılar və pley-offda güclü rəqibə uduzdular. Yığmanın və bəzi klublarımızın məzmunlu oyunu gələcəyə nikbun baxmağa imkan verir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.