16 sentyabr 2013 19:35

Azərbaycan prezidenti Kirsan İlümjinovu qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib. Azerisport.az xəbər verir ki, “Məktəbdə şahmat” proqramının Azərbaycanda fəal şəkildə tətbiq olunmasının əhəmiyyətinə toxunan Kirsan İlümjinov 2009-cu ildə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq olunmasının önəmini qeyd edib.
 
O, Azərbaycanda şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Rusiya Federasiyasının Xantı-Mansiysk vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini ölkəmizdə şahmatın inkişafının yaxşı göstəricisi kimi dəyərləndirib.
 
Dövlətimizin başçısı “Məktəbdə şahmat” proqramının Azərbaycanda ardıcıl olaraq davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkəmizdə şahmatın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bütün şəhərlərində şahmat məktəblərinin bərpa edildiyini deyib.
 
Ölkəmizdə “Baku Open-2013” Beynəlxalq Şahmat Festivalına hazırlıq işlərinin görüldüyünü deyən dövlətimizin başçısı Azərbaycanın təşəbbüslərinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkürünü bildirib.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.