13 avqust 2013 17:13

Avtosfera 2 iştirakçıları Nissan Satış və Servis Mərkəzində (FOTO)

“İRƏLİ” Hüquq Mərkəzi, “Nurgun Motors”, Dövlət Yol Polisi İdarəsi, “Modern Marketing Group” və “Avtostop” tele-radio verilişinin birgə əməkdaşlığı ilə keçirilən “Avtosfera 2” layihəsi davam edir. “Avtosfera 2” layihəsinin iştirakçıları 7 avqust tarixində layihənin tərəfdaşı olan “Nurgun Motors” şirkətinə məxsus Nissan Satış və Servis Mərkəzinə (Salamzadə küç.2) ekskursiya edib. Burada iştirakçılar şirkətin satış və servis şöbəsi ilə yaxından tanış olublar.
 
“Avtosfera 2” iştirakçılarını qarşılayan “Nurgun Motors” şirkətinin Reklam və Media Planlama şöbəsinin rəhbəri İlkin Qurbanov gənclərin bu təlimlər vasitəsi ilə sürücülük vəsiqəsi almasını müsbət bir addım olduğunu vurğulayıb.
 
Daha sonra Nissan satış məsləhətçisi Tural Təhməzov layihə iştirakçılarına Nissan markası, onun model sırası və üstünlükləri haqda geniş məlumat verib.
 
Layihə iştirakçılarının növbəti tanışlığı “Nurgun Motors” şirkətinin servis mərkəzi ilə olub. Nissan Servis Departamentinin rəhbəri Vasif Əliyev servis xidmətləri, zəmanət şərtləri, servisin işçi heyəti, müştərilərin qəbul olunma qrafiki və onlayn müraciət haqda ətraflı məlumat verib.
Sonda “Nurgun Motors” kollektivi ilə layihə iştirakçıları xatirə şəkili çəkdirib.
 
Qeyd edək ki, “Avtosfera-2” layihəsi çərçivəsində nəzəri təlimlər başa çatdıqdan sonra, iştirakçılar “Nurgun Motors” şirkətinin dəstəyi ilə sürücük üzrə praktiki təlimlərdə iştirak edəcəklər.
 
“NURGÜN Motors” MMC  şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzdə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
 
Poçt indeksi: AZ 1029
Ünvanlar:     Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2
Telefonlar:   (+994 12) 448 38 38, 430 90 90
Faks:              (+994 12) 447 46 87
Bölgələrdə
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon:      (+994 22) 56 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2
Telefon:      (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon:      (+994 25) 254 24 18
Quba şəhəri, H.Əliyev pr. 33-cü məhəllə
Telefon:      (+994 23) 5 61 57
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.