20 iyul 2013 00:44

İlham Əliyev: Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışından və tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 
Xaçmaz ictimaiyyətinin nümayəndələrini salamlayan İlham Əliyev ölkəmizdə idmanın sürətlə inkişafından da danışıb: “Azərbaycanda idmanın inkişafı sürətlə gedir və belə komplekslərin yaradılması əslində idmanın kütləviliyini də təmin edir. Ancaq, eyni zamanda, adi vətəndaşlar da idmanla məşğul olmalıdılar. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdi. Belə komplekslərin tikilməsi bu imkanları da yaradır. Burada üzgüçülük hovuzları, açıq meydançalar, idman zalları, trenajor zalları var. Yəni, gənclər, uşaqlar, yeniyetmələr, yaşlı nəsil də istifadə etməlidi.
 
Xaçmazda böyük Olimpiya kompleksinin tikilməsi lazım idi. Çünki artıq başqa şəhərlərdə komplekslər var və bu, sayca 38-cidi. Bu, onu göstərir ki, indi ölkəmizin bütün bölgələrində idmanla məşğul olmaq üçün yaxşı imkanlar var. İdmançılarımız da bizi sevindirirlər. Bu yaxınlarda universiadada idmançılarımız çox böyük uğurlara imza atıblar - 15-ci yerə layiq görülüblər, 16 medal qazanmışıq və Avropa ölkələri arasında 9-cu, müsəlman ölkələri arasında isə 1-ciyik. Keçən il London Yay Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazandılar. Yəni, idmanın inkişafı Azərbaycanda sürətlidi, hərtərəflidi və indi dünyada Azərbaycan idman ölkəsi kimi tanınır.
 
Əlbəttə, idmanın kütləviliyini təmin etmək, gənc, peşəkar kadrları hazırlamaq üçün belə imkanlar lazımdı. Bu kompleks ən yüksək dünya standartlarına cavab verir və burada idmanla məşğul olmaq üçün bütün şərait var, bir də ki, Xaçmaz şəhərinə yaraşıq verir”.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.