20 iyul 2013 00:26

Xaçmazda Olimpiya İdman Kompleksinin açılışı oldu (FOTOREPORTAJ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
 
Prezident İlham Əliyevə məlumat verilib ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidi.
 
Kompleksin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. Tikinti işlərinin ən yüksək səviyyədə aparıldığı binanın inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Həyətində geniş abadlıq-quruculuq işləri görülmüş kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin həyətində 1020 tamaşaçı yeri olan stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.
 
Binanın foyesində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi diqqət və qayğını, eləcə də sovet dövründə və müstəqillik illərində Xaçmaza səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da böyük maraq doğurur.
 
Prezident İlham Əliyev kompleksin üzgüçülük hovuzu ilə tanış olub. Qeyd edilib ki, burada uzunluğu 25 metr olan və ən müasir səviyyədə qurulan hovuz böyüklər, uzunluğu 10 metr olan üzgüçülük hovuzu isə balacalar üçün nəzərdə tutulub. Hovuzlarda xüsusi nəmalma qurğusu da quraşdırılıb. Kompleksdəki yeməkxana da müasir səviyyədədi.
 
Bildirilib ki, kompleksin idman zalı 750 yerlikdi. Zalda idmançıların mini-futbol, voleybol və basketbolla məşğul olmaları üçün hər cür şərait var. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Kompleksdəki güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun qurulub. Müasir idman qurğuları ilə təchiz edilmiş aerobika və trenajor zalları da idmançıların ixtiyarına verilib.
 
Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı üç lüks nömrənin olduğu mehmanxana da var. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.