12 iyul 2013 15:54

İdman üslubunu sevənlərin seçimi - Nissan Juke! (FOTO)

Ekstravaqant xarici görünüşə malik dinamik krossover Nissan Juke avtomobilini indi bank və sığorta xərci daxil olmaqla cəmi 2300 manat ilkin ödəniş, 1 illk sığorta xərci hədiyyə olmaqla Nissan satış mərkəzlərində əldə etmək mümkündür.
 
Nissan Juke, əlverişliliyi və etibarlılığını özündə birləşdirərək, özünəməxsusluğu ilə fərqlənən şəhər krossoveridir. Nissan Juke qeyri-adi görünüşə və idman üslubuna xas xarakterə sahibdir. Nissan Juke açıq və yaradıcı düşüncəyə malik, dünyaya qeyri-adi baxışla yanaşan gənclərin üstünlük verdiyi sərbəst, stereotiplərdən azad fəlsəfəni özündə əks etdirir. Küçələrin adətkar görkəminə parlaq rənglər qatmaq üçün artıq şəhərə daxil olan Nissan Juke modelinin cazibədar enerjisini hiss edin!
 
Nissan Juke modelinin əsas üstünlükləri - Juke Nissan model sırasının heç bir üzvünə bənzəmir. O, yığcamlıq və həcm, etibarlılıq və dinamika, funksionallıq və çeviklik kimi keyfiyyətləri özündə birləşdirir.
 
Təəccübləndirmək onun şüarıdır! Yeni Nissan Juke modelinin dizaynı o qədər orijinaldır ki, onu nəqliyyat axınında sezməmək mümkün deyil! O özünün nəzərəçarpacaq dərəcədə qeyri-adi və eyni zamanda cəsarətli görünüşü ilə ilk baxışdan insanı heyran edir.
 
İnteryer və Eksteyer
 
Nissan Juke əsl dizayn sıçrayışıdır. Avtomobilin qeyri-adi interyer və eksteryeri analoqu olmayan yeni şəhər krossoverinin əsas üstünlüklərindən biridir. Nissan Juke əsl idman üslubu xaraketirinə sahibdir və ilk baxışda krossoverdən daha çox sürətli şəhər avtomobilini xatırladır. Ön tərəfdə üçsıralı optikası sayəsində Juke bütün Nissan avtomobillərindən fərqlənir. Kuzovun yuxarı hissəsi, daha dəqiq – yüksək orta xətti, dar yan şüşələr və maili dam hissə dizayn baxımdan idman avtomobilini xatırladır. Arxa fənərlərin quruluşu isə tam olaraq Nissan 370Z modelinin təkrarlayır ki, bu da Juke-un dizaynına sürət elementi qatır.
 
Avtomobilin eksteryeri dizaynı ilə tam ahəng təşkil edir. Belə ki, dəbli salon elementlərindən olan boz və ya qırmızı rənglə boyanmış mərkəzi konsol, qapı paneli və oturacaqlarda olan kontrast işləmələr – Sizə Nissan Juke avtomobilinin sükanı arxasında oturmaqdan zövq  almağa imkan verəcəkdir. Nissan Juke modeli 5 yerlidir.
 
Təhlükəsizlik
 
Nissan Juke modelinin təhlükəsizlik sistemi Euro NCAP təhlükəsizlik reytinqinə görə 5 ulduz mükafatına layiq görülmüşdür. Bunun əyani sübütu olaraq, böyüklər         üçün 87 bal, kiçik sərnişinlər üçün isə 81 bal qiymətində müdafiəni təmin etməsini qeyd etmək olar. Həmçinin avtomobilin sınaq testində ön zərbə zamanı kuzov hissənin bütövlüyünün qorunması Nissan Juke modeline daha da yüksək bal qazandırdı.
 
Modelin salon hissəsinin müdafiəsini təmin edən elementlərdən biri də təhlükəszilik kəmərləridir. Avtomobil yük məhdudiyyəti yaradan və gərilən, həmçinin çiyin hissənin  hündürlüyünə görə tənzimlənən ön təhlükəsizlik kəmərləri ilə, həmçinin  təchiz edilmişdir.
 
Ətraflı məlumatı Nissan salonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.
 
“Nurgün Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarından alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
 
“Nurgün Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.
 
NISSAN - getdiyin yolları dəyiş!
 
Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Ünvanlar:     Bakı şəhəri, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yanı)
Tel.:               (+99412) 430 81 41, 430 87 00, 430 90 90
                       Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon:        (+994 22) 256 57 00
                       Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon:        (+994 44) 277 13 97
                       Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon:        (+994 25) 254 24 18
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az
Facebook səhifəsi: www.facebook.com/NissanAzerbaijan

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.