20 iyun 2013 13:36

Beynəlxalq Sığorta Şirkəti və Moody’s Investors Service beynəlxalq reytinq agentliyi arasında görüş keçirilib

Bu ilin iyun ayının 19-da “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin baş ofisində Cəmiyyətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov, Təftiş Komissiyasının sədri İradə Deystani və İdarə Heyəti sədrinin maliyyə məsələləri üzrə müşaviri Anar Zülfüqarov “Moody’s Investors Service” Beynəlxalq reyting agentliyinin nümayəndələrini qəbul ediblər. Görüşdə reytinq agentliyi “Moody’s Investors Service”-in Baş vitse prezidenti  Maykl Korvin (Michael Korwin),  Baş meneceri Aleksey Sajin (Alexey Sazhin), Meneceri Nataşa Yarovaya (Natasha Yarovaya) tərəfindən təmsil olunub.
 
Keçirilən söhbətdə Beynəlxalq Sığorta Şirkətinin ötən illərdəki reytingi, hazırkı kifayət qədər stabil maliyyə vəziyyəti və inamlı inkişafı müzakirə olunub. Qeyd olunan mövzular ətrafında aparılan fikir mübadiləsi zamanı BSŞ-nin Reytinq agentliyi ilə əməkdaşlıq təcrübəsinə istinad edilərək, Cəmiyyətin hazırkı dinamik inkişaf mərhələsində bu əməkdaşlığın davam etdirilməsinin müsbət perspektivlərindən danışılıb. Bununla yanaşı, görüş iştirakçıları arasında BSŞ-də biznesin inkişafına dair bir sıra mühüm strateji məsələlər ətrafında geniş diskusiya aparılıb.
 
Qeyd etmək lazımdı ki, Beynəlxalq Sığorta Şirkətinin nümayəndələrinin bu ilin iyun ayının 20-də Moody’s  agentliyi tərəfindən Bakıda keçirilən kredit risklərinə həsr edilmiş konfransda iştirakı planlaşdırılır. Konfransda risklər və bu risklərin artmasına səbəb olan əsas amillər müzakirə olunacaq.
 
Xatırladırıq ki, Beynəlxalq Sığorta Şirkəti 2002 ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Hazırda Şirkət, həm fiziki həm də hüquqi şəxslərə 33 sığorta növü üzrə xidmət göstərir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.