30 may 2013 15:23

Rəhimov Berlində konfransda iştirak edir (FOTOLAR)

29 may 2013-cü il tarixdə Berlində YUNESKO çərçivəsində Bədən Tərbiyəsi və İdmana məsul Nazirlərin və Səlahiyyətli Şəxslərin 5-ci (MİNEPS V) Konfransı öz işinə başlayıb. Azerisport.az xəbər verir ki, konfrans 2 gün davam edəcək və konfransda ölkəmizi gənclər və idman naziri cənab Azad Rəhimovun rəhbərliyi altında Azərbaycanın Almaniyadaki Səfiri Pərviz Şahbazov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin 1-ci katibi Eldar Məmmədovdan ibarət nümayəndə heyəti təmsil edir.
 
Rəsmi şəxslərin MİNEPS-in 5-ci iclasında müzakirə etdiyi məsələlər 13-15 mart 2013-cü il tarixdə Bakı şəhərində təşkil olunan Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərası Komitənin Fövqəladə İclasının nəticəsində qəbul olunan işçi sənədlərə əsasən aparılır.
 
İclasın rəsmi açılışında YUNESKO-nun Baş Direktoru İrina Bokova, Almaniyanın Federal Kansleri Angela Merkel nitq söyləyiblər. Həmçinin  Berlin şəhərinin meri Frank Henkel, BMT-nin Baş Katibinin xüsusi məsləhətçisi Vilfried Lemke, Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun rəhbəri Snezana Samardziç-Markoviç, Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Filip Craven, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roqq (videozənglə), CİGEPS-in Prezidenti Arnaldo Rivera Fuksa, Xüsusi Olimpiyanın Komitəsinin icraçı direktoru Timoti P.Sriver çıxış ediblər. Xanim Bokova və cənab Fuksa öz çıxışlarında CIGEPS-in Fövqəlada hazırlıq iclasının Bakıda təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər. Almaniyanın Federal Daxili İşlər Naziri Hans-Peter Fridrex iclasın sədri seçilib.
 
Gündəlikdə duran aşağıdakı məsələlər müzakirə olunur:
1.         İdman - hər kəsin əsas hüquqlarından biri kimi;
2.         Bədən tərbiyəsi və idman proqramlarına dövlət dəstəyinin təşviqi;
3.         İdmanın bütövlüyünün qorunması.
 
130-dan çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın nümayəndəsi və xeyli sayda müstəqil ekspert gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparırlar
.
Tədbir çərçivəsində, Azərbaycanda və idman sahəsində gedən inkişafla bağlı film nümayiş etdirilib, Azərbaycan musiqisi səsləndirilib. Konfrans salonunun girişində yaradılmış Azərbaycan guşəsində tədbir günlərində iştirakçılara Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi barədə müxtəlif kitablar və disklər paylanılır.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.