13 may 2013 12:39

Azərbaycanla Gürcüstan gənclər ilə iş və idman sahələri üzrə əməkdaşlıq məsələlərini müzakirə etdi

Bu gün gənclər və idman naziri Azad Rəhimov Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani görüşüb. Azerisport.az xəbər verir ki, qonağı salamlayan nazir Azad Rəhimov ona ölkəmizdə dövlət gənclər siyasəti və idmanın inkişafı yönündə görülən işlə barədə məlumat verib. A.Rəhimov iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərhədyanı rayonlarda gənclərin iştirakı ilə birgə tədbirlərin təşkili ənənəsinin bərpası daha bu baxımdan daha faydalı ola bilər.
 
Qonağa univiziya tələbə musiqi yarışması barədə məlumat verən nazir bu yarışın beynəlxalq status alacağını və hələlik 30-40 ölkədən təmsilçilərin iştirakının nəzərdə tutulduğunu qeyd edib.
 
Azərbaycanda idmanın maddi-texniki bazasının ilbəil genişləndiyini qeyd edən nazir Azad Rəhimov hazırda ölkəmizdə 36 olimpiya idman kompleksinin istifadəyə verildiyini və bu prosesin davam etdiyini bildirib.
 
Səmimi qəbula və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən gürcü nazir Azərbaycanla əməkdaşlığın Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib. Cənab Levan Kipiani bir çox idman növləri üzrə birgə təlim-məşqlərin, eləcə də birgə yarışların təşkilinin də əhəmiyyətli ola biləcəyini qeyd edib.
 
Xatırladaq ki, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud Sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.