2 may 2013 11:28

İlham Əliyev: Azərbaycan idman dövlətidi

Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında iştirak edib. Azerisport.az xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrini və idmançıları salamlayan Prezident İlham Əliyev açılış mərasimində bir sıra məqamlara toxunub:
 
"Bu gün biz həm Gənclər Mərkəzinin, həm də idman kompleksinin açılışını qeyd edirik. Çox gözəl, əlamətdar hadisədir. İdman kompleksinin açılışı, ümumiyyətlə çox gözəl hadisədir. Çünki idmanla məşğul olmaq üçün burada bütün imkanlar olacaqdır. Xüsusilə uşaqlar, yeniyetmələr, gənc idmançılar burada məşğul olacaqlar, öz sağlamlığını qoruyacaqlar. Eyni zamanda, ümid edirəm ki, bu Mərkəzdə məşğul olacaq uşaqlar gələcəkdə peşəkar idmançılar kimi böyüyəcəklər. Çünki bu gün Azərbaycan idman dövlətidir. İdmanın bütün növləri inkişaf edir, çox gözəl nəticələrimiz vardır”.
 
Dövlət başçısı deyib ki, Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.
 
"Əlbəttə ki, ən böyük idman yarışı olan Olimpiya Oyunlarında da Azərbaycan yüksək yerlərdədir. Keçən il keçirilmiş Olimpiadada idmançılarımız 10 medal qazanmışlar, - bu, tarixi bir nailiyyət idi, - və dünya miqyasında 30-cu yerə layiq görülmüşlər. Avropada isə 15-ci yeri tutmuşuq. Bəlkə də buna görə və əlbəttə, başqa amillər burada öz rolunu oynamışdır ki, birinci oyunlar Avropa Oyunları, 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bax bu günlərdə Avropa Olimpiya Komitəsinin bütün rəhbərliyi Bakıdadır, görüşlər, təqdimatlar keçirilir. Artıq Avropa Olimpiya Komitəsi Koordinasiya Komitəsi yaratmışdır ki, Azərbaycanla bərabər Avropa Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə görsün. Yəni, biz idman ölkəsiyik və əlbəttə bütün bölgələrdə, bütün şəhərlərdə idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmalıdır.
 
Biz 2000-ci ildən bu proqramı başlamışıq və o vaxtdan bu günə qədər 35 idman mərkəzi, Olimpiya mərkəzi tikilmişdir, bu mərkəz 36-cıdır. Qobustanın inkişafı üçün bu mərkəzin ümumiyyətlə böyük əhəmiyyəti vardır. Yaxınlıqda Gənclər Mərkəzi yerləşir. Bu da son illər ərzində bütün ölkəmizdə geniş vüsət almış bir təşəbbüsdür. Hər şəhərdə Gənclər Mərkəzləri yaradılır. Onların çox gözəl imkanları vardır, funksional cəhətdən də çox əhəmiyyətlidir ki, gənclər burada öz asudə vaxtlarını mənalı şəkildə keçirsinlər".

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.