1 may 2013 18:24

İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında iştirak etdi

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında iştirak edib. Azerisport.az xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
 
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan nəhəng idman hərəkatının yaşandığı məkana çevrilmişdir. Çoxlu sayda Olimpiya-İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin istifadəyə verilməsi bu prosesin dinamikasını göstərən əsas amillərdir. Dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün hər yerdə idman, sağlamlıq komplekslərinin yaradılmasıdır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bölgələrdə bir-birinin ardınca istifadəyə verilən nəhəng idman qurğularının açılışında iştirakı bu sahəyə verilən əhəmiyyətin əyani təsdiqidir.
 
Qeyd olundu ki, kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
 
Bildirildi ki, kompleksin ərazisi 2,67 hektar, binanın ümumi sahəsi isə 3,5 min kvadratmetrdir. Ümumi smeta dəyəri beş milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq istəyən gənclərin məşqləri və yarışların keçirilməsi üçün hər cür şərait vardır. Kompleksdə, həmçinin 900 nəfərlik zal, müxtəlif iş və yardımçı otaqlar mövcuddur.
 
Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxdı.
 
Qeyd edildi ki, burada yaradılan şərait müxtəlif yerli və beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir. Kompleksin ərazisi başdan-başa yaşıllaşdırılmış, burada minə yaxın müxtəlif növ ağac əkilmişdir.
 
Dövlətimizin başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olundu. Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşdü.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.