29 aprel 2013 14:42

Azad Rəhimovun Braziliya səfəri başa çatdı

Gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya aprelin 21-dən başlanan səfəri başa çatıb. Azerisport.az xəbər verir ki, nazirin səfəri aprelin 24-dən 26-dək Rio de Janeyro şəhərində davam edib. Səfər çərçivəsində nazir A.Rəhimovun Braziliya Dövlət Olimpiya Komitəsinin Prezidenti Marsio Forteslə görüşüb. M.Fortes rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək 2016-ci ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya və parolimpiya oyunlarına hazırlıq işlərindən danışıb. Nazir A.Rəhimov Bakıda 2015-ci ildə təşkil olunacaq I Avropa Oyunları haqqında danışaraq bu kimi beynəlxalq idman tədbirləri ilə əlaqədar iki ölkə arasında təcrübə mübadiləsinin vacib olduğunu bildirib.
 
Sonra, gənclər və idman naziri Rio-2016 Təşkilat Komitəsinin Xarici Əlaqələr üzrə direktoru səfir Agemar Sanktorla görüşüb. Görüş zamanı Azərbaycan-Braziliya münasibətlərinin müşahidə olunan inkişafı, xüsusilə idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. A.Sanktor Rio-2016 Təşkilat Komitəsinin qarşısında duran məqsəd və vəzifələr barədə məlumat verib. Nazir öz növbəsində, Azərbaycanda idman sahəsində aparılan siyasət və Olimpiya hərəkatına verilən əhəmiyyət barədə danışaraq, bu sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nöqteyi nəzərindən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.
 
Daha sonra, nazir A.Rəhimov “Marakana” stadionunu ziyarət edib və burada aparılan yenidənqurma işləri ilə tanış olub.
 
Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri E.Sultanov və Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şəbəsinin müdiri İ.Mədətov da iştirak ediblər.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.