18 aprel 2013 17:44

Azərbaycan Avropa Olimpiya Komitəsinin yeni yaradılmış komissiyasının işində iştirak edir

Azərbaycan Avropa Olimpiya Komitəsinin (AOK) nəzdində yaradılmış İdmanda Qadın və Bərabərlik Komissiyasının ilk görüşündə təmsil olunur. Azerisport.az xəbər verir ki, aprelin 18-də İtaliyanın paytaxtı Roma şəhərində İdmanda Qadın və Bərabərlik Kommissiyasının ilk görüşü başlayıb.
 
Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbələrinin rəhbəri Könül Nurullayeva da iştirak edir.
 
Görüş zamanı qadınların idmana cəlb edilməsinin xüsusi əhəmiyyəti və bu sahədə görüləcək işlərdən söz açılacaq. Bundan əlavə, müxtəlif dövlətlərin Milli Olimpiya komitələrinin idmanda qadınlara bərabərliyin təmin olunması naminə əməkdaşlığının da müzakirəsi nəzərdə tutulub.
 
Xatırladaq ki, komissiya Avropa Olimpiya Komitəsinin (AOK) nəzdində yeni yaradılıb. Cari ilin fevralında AOK tərəfindən verilmiş qərara əsasən, Könül Nurullayeva həmin komissiyanın üzvü seçilib.
 
Qeyd edək ki, İspaniya, Türkiyə, Böyük Britaniya, Polşa, Makedoniya və bir sıra digər dövlətlərin Milli Olimpiya komitələrinin yüksək vəzifəli rəsmiləri də komissiyanın fəaliyyətində yaxından iştirak edirlər.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.