1 aprel 2013 11:57

Beynəlxalq Sığorta Şirkəti yeni KASKO-məhsullar çeşidini təqdim etdi

Bu gün 11 yaşını qeyd edəcək Beynəlxalq Sığorta Şirkəti öz ənənəsinə sadiq qalaraq, ad günündən başlayaraq müştərilərə yeni sığorta məhsulları təklif edəcəkdir. “Mikro KASKO”, “KASKO yarı qiymətə”, “KASKO +” və “Kompleks KASKO” adlanan avtomobil sığortası növünə aid olan bu məhsullar müştərilərin istək və təklifləri nəzərə alınmaqla hazırlanmışdır.
 
Şirkətin İdarə Heyətinin sədri M. Məmmədov yeni sığorta məhsulları barədə məlumat verərək bildirmişdir: “Cəmiyyətin müxtəlif təbəqələrinə mənsub olan və fərqlı həyat təcrübəsinə və vərdişlərə malik insanların maraqlarını əhatə edən yeni sığorta məhsulları insanların onlar üçün daha az riskli sahələr üzrə sığorta xərclərini dəfələrlə azaldacaqdır.
 
Təbiidir ki, bu kompaniyanın keçirilməsi nəticəsində Şirkət müəyyən zərərlərlə üzləşəcəkdir. Buna baxmayaraq Şirkətin və ümumilikdə sığorta bazarının qazancı ondan ibarət olacaqdır ki, insanlar onlar üçün risk baxımından daha az maraq kəsb edən sığorta məhsullarını hədiyyə olaraq əldə etməklə bu sığorta növlərindən yararlanmaq təcrübəsi əldə edəcəklər. Beləliklə də əhalinin sığorta sahəsi üzrə biliklərinin artması və sığorta məhsullarına maraq göstərməsi nəinki bizim Şirkətin, eləcə də bütövlükdə sığorta bazarının inkişafına dəstək verəcəkdir.
 
Qeyd olunan sığorta məhsullarındakı təkliflərə nəzər yetirsək bunu daha aydın görmüş olarıq. Belə ki, qəzaya düşmək ehtimalı digərlərinə nisbətən az olduğuna görə avtomobillərini sığortalamağa o qədər də maraq göstərməyən təcrübəli sürücülər üçün təklif edilən “Mikro KASKO” sığorta paketi, bir tərəfdən, çox böyük olmayan zərərlərin aradan qaldırılmasına, digər tərəfdən isə sığorta haqqına qənaət edilməsinə imkan verəcəkdir. Bu sığorta paketində sığorta haqqının məbləği avtomobilin dəyərindən, buraxılış ilindən, markasından və digər parametrlərindən asılı deyildir. Müştəri sığorta haqqını özü seçərək müəyyən məbləğə avtomobilini sığortalaya biləcəkdir.
 
Ehtiyatlı sürücülər üçün nəzərdə tutulan “KASKO yarı qiymətə” sığorta paketinin şərtlərinə uyğun olaraq müştəri sığorta haqqının yarısını ödəyir və sığorta müddəti  ərzində heç bir qəza olmadığı halda heç bir artıq ödəniş etmir. Sığorta hadisəsi baş verdikdə isə müştəri sığorta haqqının ikinci yarısını ödəməklə sığorta ödənişini alır. Beləliklə, ehtiyatlı müştərilər sığorta haqqına 50% qənaət edə biləcəklər.
 
Mənzillərini sığortalamaq arzusunda olan, lakin artıq sığorta haqqı ödəmək istəməyən müştərilər isə Şirkətin  “KASKO+” sığorta paketindən istifadə etməklə sığortaladığı avtomobilin dəyərindən asılı olmayaraq, əlavə sığorta haqqı ödəmədən istənilən daşınar əmlakına 15.000 AZN-dək sığorta təminatı ala biləcəklər.
 
“Kompleks KASKO” sığorta paketini əldə edən müştərilərə isə avtomobilin gövdə sığortasına əlavə olaraq, 3-cü şəxslər qarşısında mülki məsuliyyətin sığortası və fərdi qəza sığortası hədiyyə olaraq veriləcəkdir. Beləliklə, bu sığorta paketi icbari sığorta ilə birlikdə avtomobili tam sığortalanmış edir və müştərinin rahatlığına şərait yaradır.
 
Həmin sığorta məhsulları haqqında ətraflı məlumatları isə müştərilər Şirkətə müraciət etməklə mütəxəssislərimizdən ala bilərlər”.
 
Qeyd edildiyi kimi, müştərilər göstərilən sığorta məhsullarını bu gündən etibarən Şirkətin ofislərindən əldə edə biləcəklər.
 
Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.