6 mart 2013 14:56

Azad Rəhimov “Aljazeera” telekanalına müsahibə verib

Martın 6-da gənclər və idman naziri Azad Rəhimov Qətərin Aljazeera  telekanalına müsahibə verib. Azerisport.az xəbər verir ki, müsahibə əsasən, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məslələri ilə bağlı olub.
 
Telekanalın əməkdaşı Riçard Parın suallarını cavablandıran nazir Azad Rəhimov bildirib ki, Bakının mövcud idman infrastrukturu ilə yanaşı hazırda inşası davam edən nəhəng idman mərkəzləri bu oyunları yüksək səviyyədə keçirməyə imkan verəcək.
 
Olimpiya kəndinin də vaxtında hazır olacağını və hər bir şəraitlə təmin ediləcəyini bildirən nazir A.Rəhimov yarışların təşkil ediləcəyi idman növlərinin bəzilərinin artıq dəqiqləşdiyini, tam siyahının isə bu ayın ortalarında müəyyən ediləcəyini bildirib.
 
Gənclər və idman naziri qeyd edib ki, Sovet ittifaqı dağılanda, Azərbaycanın müstəqilliyinin ilk illərində Bakıda cəmi bir stadion və 2 idman mərkəzi var idi ki, onların da yenidənqurmaya ciddi ehtiyacı var idi. Hazırda isə ölkəmizdə yeni olimpiya kompleksləri və stadionlarla yanaşı, müxtəlif idman növləri üçün mərkəzlər də inşa edilməkdədir.
 
Telekanal müxbirinin güləşin 2020-ci il olimpiadasının proqramından çıxarılması məsələsinə münasibətini də öyrənib. Nazir bildirib ki, BOK-un bu tövsiyyəsi bu hər kəs üçün gözlənilməz olub: “Güləş bütün dünyada sevilən idman növüdür. Elə ötən il London olimpiadasında da bunun şahidi olduq. Bu idman növünün güclü inkişaf etdiyi ölkələrin sayı dünyada çoxluq təşkil edir. Ona görə də, güləşin olimpiya proqramında qalacağına inanıram”.
 
Nazir A.Rəhimov telekanal əməkdaşlarının Azərbaycan idmanı ilə bağlı müxtəlif suallarını da cavablandırıb.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.