6 mart 2013 17:22

Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyi Bakıya gəlir

Martın 6-dan 8-dək Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və akademiyanın direktoru Dionisis Qanqas Azərbaycanda səfərdə olacaqlar. Azerisport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Akademiyasında artıq 4 ildir ki, olimpiya bilikləri üzrə magistratura proqramı tədris olunur.
 
Ümumi təhsil müddəti bir il yarım olan akademiyada tələbələr il ərzində sentyabr-noyabr və aprel-iyun aylarında 2 semestr ərzində təhsil alırlar. Növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar.
 
Bu il fevralın 4-də Azərbaycan Respublikasının Yunanstanda Respublikasındakı səfiri Rəhman Mustafayevin Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosla görüşü zamanı Akademiya ilə ölkəmiz arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub. Gələcəkdə Azərbaycandan da tələbələrin bu akademiyada təhsil alması barədə akademiya rəhbərliyi ilə ilkin razılıq əldə edilib.
 
Bundan başqa Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərində iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili barədə ilkin müzakirələr olunub.
 
Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Həmçinin qonaqlar gənclər və idman naziri Azad Rəhimovla görüşəcəklər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, T.Bəhramov adına Respublika Stadionu, Bakı Tennis Akademiyası, “Musado” idman mərkəzi və İçərişəhərlə tanış olacaqlar. Qonaqlar sabah səhər saat 10.00-da Fəxri xiyabanda olacaqlar. Ümemmilli liderin məzarını ziyarət etdikdən sonra Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos jurnalistlərin suallarını cavablandıracaq.

(MOK-un mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.