1 mart 2013 14:27

Azərbaycan ilə Kamerun idman sahəsində əməkdaşlıq müqaviləsi imzaladı

Azərbaycan Milli Olimpiya Komitəsi ilə Kamerun Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki, müqaviləni Azərbaycan tərəfdən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Kamerun tərəfindən isə Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malbum tərəfindən imzalanıb.
 
2013-2016-cı illəri əhatə edəcək müqavilə qarşılıqlı maraq doğuran sahələrdə idmanın inkişafına dair strategiyaların və Olimpiya hərəkatına dair bütün sahələrdə davamlı əməkdaşlığın yaradılması ilə bağlı məsələləri əhatə edir. Həmçinin müqaviləyə hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi və idman rəhbərləri, tədbir təşkilatçıları və s. üçün təlim proqramlarının təşkili daxilidir. Tərəflər gələcəkdə idman hərəkatına tətbiq olunacaq elmi-tədqiqat sahəsində də əməkdaşlığın gücləndirilməsinə razılaşıb.
 
Çingiz Hüseynzadə müqavilənin iki ölkə arasında idman sahəsində əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildirib. O qeyd edib ki, artıq bundan sonra hər iki ölkənin Olimpiya komitələri bir-biri ilə əlaqə saxlayacaq və bir-birilərinin imkanlarından istifadə edəcək, təcrübələrindən yararlanacaqlar.
 
Hamad Kalkaba Malbum yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək müqavilənin Kamerunun idman sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, Azərbaycanın London Yay Olimpiya oyunlarında qazandığı uğurları bu ölkədə idmanın inkişafının göstəricisidir və bu baxımdan, Azərbaycanın idman sahəsində təcrübəsi Kamerunda idmanın inkişafına mühüm töhfə verəcək. (Trend)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.