4 fevral 2013 16:48

Azərbaycan gəncləri günü münasibətilə festival (FOTOLAR)

Sumqayıt Paralimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazriliyi, Milli Paralimpiya Komitəsi və “İnkişaf Naminə İdman” İctimai Birliyi təşkilatçılığı 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə “DƏSTƏK OL!” adlı İnteqrativ Festival keçirilib. Azerisport.az xəbər verir ki, festivalda Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti cənab Natiq Qasımov, baş katib cənab Afiq Suleymanov, icraçı direktor cənab Şaiq Həmidov,  “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri cənab Mehman Kərimov, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Musa Həsənov ilə yanaşı Paralimpiya Çempionları İlham Zəkiyev və Ramin İbrahimov iştirak edirdi.
 
Festivalı giriş sözü ilə açan cənab Babayev belə bir əlamətdar gün münasibətilə Bakı, Sumqayıt və ümumilikdə bütün Azərbaycan gənclərini 2 fevral münasibətilə təbrik etdi. Bu münasibətlə təşkil edilmiş “DƏSTƏK OL!” adlı İnteqrativ Festivalda sağlamlıq imkanlarından asılı olmayaraq idman, mədəniyyət və sair sahələrdən olan gənclərlə bir yerdə olmağından və məhz gənclər gününü belə bir fərqli mühitdə qeyd etməyindən məmnun olduğunu söylədi. İdmanın gənclərin həyatda mühüm rolundan söz açan nazir müavini London 2012 Oyunları zamanı Azərbaycanın şərəfinin qoruyan olimpiyaçı və paralimpiyaçıların əsl vətənpərvərlik nümunəsi olduğunu xüsusi vurğuladı.
Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru cənab Həmidov da bütün iştirakçıları Azərbaycan Gəncləri günü münasibətilə təbrik edərək fərqli və bayram əhval ruhiyyəli belə bir günün təşkili üçün bütün təşkilatçılara, xüsusilə Gənclər və idman Nazirliyinin gənclər idarəsinə və “İnkişaf Naminə İdman” İctimai Birliyinə dərin təşəkkürünü bildirdi.
Rəsmi hissənin sonunda çıxış edən “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri inteqrasiyalı festivalın təşkilində nazirliyin gənclər idarəsinə və zəhməti olan bütün digər qurumlara və şəxslərə dərin təşəkkürünü bildirdi. Onun sözlərinə görə London 2012 Olimpiya və Paralimpiya Oyunlarından sonra bütün dünyada idman həyəcanın nisbətən zəifləməsinə baxmayaraq, əksinə Azərbaycanda bu həyəcanın daha da alovlanması Azərbaycan gəncliyinin idmanda və idmanın vasitəsilə daha yüksək zirvələr fəth etmək istəyinin nəticəsidir. Məhz bu istəyi reallaşdırmaq üçün cəmiyyətin bütün təbəqələrində, sosial-iqtisadi və mədəni-ictimai həyatda Azərbaycan gəncliyinə daha güclü dəstək lazımdır ki, onlar ölkənin parlaq gələcəyini təmin edə bilsinlər.
 
Rəsmi çıxışlardan və təbrikdən sonra meydan Bakı və Sumqayıt şəhərindən, həmçinin Abşeron rayonundan olan gənclərə verildi. Xüsusi hazırlanmış musiqili və bədii-əyləncəli çıxışlarla yanaşı cüdo, karate, kapuero və idman rəqs qrupları öz nümunəvi çıxışları ilə iştirakçılara ilhamverici anlar yaşatdılar. Bakı şəhəri 27 saylı, Laçın rayonu Çıraqlı kən orta məktəbinin şagirdləri Saray qəsəbəsi 7 saylı internat evindən olan uşaqlarla keçirdikləri şən, təhlükəsiz və inklusiv oyunlar isə təbdir iştirakçılarının idman həyəcanını daha da alovlandırdı. Tədbiri boyu Tünzalə, Samira, Günay, Elnarə və Çingiz iştirakçıları öz musiqi sovqatları ilə təbrik etdilər.
 
Tədbirin sonunda təşkilatçılar adından bütün iştirakçı qurumlara və uşaqlara, həmçinin gənclərə 2 fevral münasibətilə hazırlanmış, hədiyyələr, sertifikat və diplomlar verildi.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.