27 dekabr 2012 14:24

İdman mütəxəssislərinə fəxri adlar verildi

Gənclər və İdman Nazirliyinin Kollegiyası ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adların verilməsi ilə bağlı qərar qəbul edib. Azerisport.az xəbər verir ki, dekabrın 27-də Gənclər və İdman Nazirliyində fəxri adlara layiq görülənlərlə görüş keçirilib. Görüşdə çıxış edən nazir müavini İsmayıl İsmayılov təltif edilənləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Sonra idman mütəxəssislərinə, idmançı və məşçilərə, eləcə də hakimlərə müvafiq vəsiqələr tədqim edilib.
 
Qeyd edək ki, «Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi» fəxri adına Qüdrətulla Qasımov, Vidadi Qurbanov, Oqtay Muxtarov,  Mehriban Musayeva, Xubyar Mirzəməmmədli, Balaağa Zamanov, Yelena Mütəllimova, Sahib Ələsgərov, Azər Ələkbərov, Vahid Abdullayev, Nizami Qasımov, Əhliman Qəhrəmanov, Şadil Əliyev, Əvəz Mustafayev və Rövşən Kərimov layiq görülüblər.
 
«Azərbaycan Respublikasının Əməkdar məşqçisi» fəxri adına layiq görülən mütəxəssislər sırasına İslam Məmmədzadə, Zaur Valeh oğlu Məmmədov, Ədalət Ağayev, Səməd Bağırov, Zaur Zair oğlu Məmmədov, Elçin Süleymanov və Cəfər Hümbətov daxildirlər.
 
«Respublika dərəcəli hakim» fəxri adı İmanbaxış Şirəli, Eldar Cabbarov və Yusif Babanlıya verilib.
 
İdmançılardan «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası» fəxri adına Teymur Məmmədov, Rüfət Ağayev, Rail Rəcəbov layiq görülüblər.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.