8 dekabr 2012 15:27

Avropa Oyunları Bakıda!

Bu gün Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edilib. Azerisport.az xəbər verir ki, səsvermə nəticəsində Avropa Oyunlarının Bakıda keçirilməsi müəyyən edilib.
 
Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyası tarixdə ilk dəfə Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.
 
Assambleyada ölkəmizi gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Azad Rəhimov, MOK-un digər vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru İlham Mədətov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təmsil edib.
 
Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva Romadan bildirib ki, Bakıda bu oyunların 2015-ci ildə keçirilməsi ilə bağlı qərar qəbul olunub.
 
Baş Assambleyanın ikinci günü Bakı şəhəri və paytaxtımızın idman qurğularının təqdimatı ilə başlayıb. İlk olaraq Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey çıxış edib. O, çıxışında bu oyunların keçirilməsi ideyasının tarixi barədə danışıb və Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək verib. Hikker şəhərin nailiyyətləri, Bakıya səfər edənlərin müşahidə etdiyi inkişafdan bəhs edib. Avropa Olimpiya Komitəsi prezidentinin giriş nitqindən sonra söz AOK prezidentinin müşaviri Endryu Qreqə verilib. O, bu oyunların konsepsiyası barədə danışıb.
 
Sonra AOK prezidentinin xüsusi nümayəndəsi Pirs O'Kalaqan çıxış edib. O'Kalaqan, həmçinin federasiyalar və Azərbaycan tərəfi ilə danışıqlardan, Bakının bu oyunları keçirməyə hazır olması barədə danışıb.
 
AOK nümayəndələrinin çıxışlarından sonra söz Azərbaycan tərəfinə verilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakının bu oyunlara ev sahibliyi etmək istəyindən, ölkə gəncləri və şəhər əhalisinin bu xəbəri hansı şövqlə qarşılayacağından bəhs edib. O, həmçinin qeyd edib ki, Azərbaycanın hökuməti, ictimai strukturları və federasiyaları bugünkü qərara hazırlaşır və gözləyirlər.
 
"Bu, Avropa Olimpiya Hərəkatında tarixi andır", - Hüseynzadə vurğulayıb.
 
Ardından söz MOK-un Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayevaya verilib. Nurullayeva ölkəmizin iqtisadi və siyasi sabitliyi, inkişafı, Bakının dünyanın bütün turistləri üçün yeni istiqamətə çevrilməsi barədə danışıb.
 
Nurullayeva çıxışında, həmçinin yerli əhalinin tolerant olması barədə məlumat verib.
Təqdimat mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib. Məmmədov şəhərin idman infrastrukturu, Bakının ev sahibliyi etdiyi və qəbul etməyə davam etdiyi beynəlxalq idman turnirləri, çempionatlar, yarışlar barədə danışıb.
 
Təqdimatın yekununda Azərbaycan hökuməti adından gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, Azərbaycan hökumətinin siyasi və maliyyə təminatı, həmçinin iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, bu oyunları qəbul etmək üçün bütün idman infrastrukturunun tam hazırlığına təminat verib. Nazirin çıxışından sonra Bakının tarixi, idman və mədəniyyət infrastrukturuna həsr edilmiş film nümayiş etdirilib. (Trend)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.