28 noyabr 2012 14:37

İlham Əliyev Sport Expo Azerbaijan sərgisi ilə tanış oldu

Noyabrın 28-də Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olublar.
 
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində ölkəmizin idmançılarının nailiyyətləri, bu sahədə həyata keçirilən layihələr və digər tədbirlərə dair ekspozisiyalar nümayiş etdirilir. Sərgidə ölkəmizdə idman sahəsində görülən mühüm işlərə, o cümlədən idmançılarımızın nailiyyətlərinə dair eksponatlar nümayiş olunur.
 
Diqqətə çatdırıldı ki, gənclər təşkilatlarının IV Respublika sərgisi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Sərgidə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər, eyni zamanda, gənclərin ictimai fəallığı haqqında geniş məlumatlar təqdim olunur. Sərgi müddətində gənclər üçün müxtəlif mövzular üzrə təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış oldular.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.