19 noyabr 2012 15:24

Azərbaycanda ilk dəfə

 
28 noyabr tarixində Azərbaycanda ilk dəfə “Bakı Ekspo” mərkəzində yeni sərgi layihəsi - “SportExpo-2012” beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisi öz işinə başlayacaq. Azerisport.az xəbər verir ki, “SportExpo-2012” sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir.
 
2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında idmançılarımızın yüksək nailiyyətləri, həmçinin bu sərginin təşkilinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən fəal dəstək “SportExpo” sərgisinin əhəmiyyətindən xəbər verir.
Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək.      “SportExpo-2012” sərgisində idman obyektlərinin təchizatı sahəsində idman qurğuları və ləvazimatlarının, trenajorlar və qida məhsullarının istehsalçıları və təchizatçıları ilə kompleks tanışlıq üçün şərait yaradılacaq. Sərgidə Azərbaycanda inkişaf etmiş bütün idman növləri, o cümlədən boks, gimnastika, stolüstü tennis, üzgüçülük, yelkən idman, futbol, taekvondo, stend atıcılığı, eləcə də tennis, qolf, alpinizm və digər idman növləri təqdim ediləcəkdir.
Sərgi Azərbaycanda idmanın inkişafına qayğı göstərən şirkətlərə və kommersiya təşkilatlarına şərait yaradacaq ki, bu və ya digər komandalara, klublara və federasiyalara sponsorluq etmək üçün həmin federasiya və ya idman klublarının fəaliyyətləri ilə yaxından tanış olsunlar. Bu isə şirkətin imicinin qorunub saxlanılması və biznesin inkişafı baxımından mükəmməl marketinq aləti sayılır.
“SportExpo-2012” sərgisi ilə bir meydançada “Gənclər təşkilatlarının IV respublika sərgisi”  keçiriləcək. Sözügedən tədbir “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” adlı dövlət proqramı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası çərçivəsində həyata keçirilir və bu, onun aktuallığını bir daha vurğulayır. Azərbaycanın təxminən 100-ə qədər gənclər təşkilatının  iştirak edəcəyi IV respublika sərgisinin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması haqqında məlumat verməkdir. Bu sərgi “Iteca Caspian” MMC-nin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.  
Beləliklə, bir sərgi meydançasında eyni zamanda idman və gənclər təşkilatlarının nailiyyətləri təqdim ediləcək ki, bu da iştirakçılar üçün olduqca səmərəli, ziyarətçilər üçün isə əlverişlidir.
Sərginin təşkilatçıları ümid edirlər ki, birgə keçirilən bu sərgilər yeni əlaqələrin qurulması və genişləndirilməsi üçün əlverişli şərait yaradacaq və Azərbaycanda idmanın inkişafına və gənclər təşkilatlarının işinə əhəmiyyətli töhfə verəcəkdir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.