5 noyabr 2012 00:37

Milli Olimpiya Komitəsinin 20 illiyi münasibətilə təntənəli tədbir keçirilib (FOTOLAR)

Noyabrın 4-də Dənizkənarı Milli Parkda Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə qonaqlar federasiyalar tərəfindən quraşdırılmış stendlərə baxıblar. Sonra balaca idmançılar nümunəvi çıxışlar ediblər.
 
Gənclər və idman naziri Azad Rəhimov ötən 20 il ərzində MOK-un böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb: “Olimpiya yığmamızın qazandığı nailiyyətlər göz qabağındadı. Ölkəmizdə idmançılara dövlət tərəfindən həmişə qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanda inkişaf bütün sahələri əhatə edir. Bunlardan biri də Olimpiya hərəkatıdır. Respublikamızda yeni olimpiya kompleksləri istifadəyə verilmiş, idman infrastrukturu möhkəmləndirilmişdir. Bütün bu nailiyyətlərin əsasında Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı İlham Əliyevin respublikamızda idmana böyük qayğı ilə yanaşması dayanır”.
 
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın Olimpiya Oyunlarındakı uğurlarından danışıb və ölkəmizdə Olimpiya hərəkatının günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, cari ildə Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında idmançılarımız qazandıqları nailiyyət MOK-un 20 illiyinə böyük töhfə olub. Əldə olunmuş uğurlar ölkəmizdə idman siyasətinin düzgün aparıldığından xəbər verir.
 
İkiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından danışıb, respublikamızda sağlam gəncliyin mövcud olduğunu diqqətə çatdırıb və Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanındığını bildirib.
 
Sonra gimnastların nümunəvi çıxışları təqdim olunub. Həmçinin, peşəkar idmançılar tərəfindən paytaxt sakinləri üçün ustad dərsləri də keçirilib. Tədbir konsert proqramı ilə davam edib.
 
Dünən həmçinin Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş marafon yürüş də keçirilib. Bakı İdman Sarayının qarşısından start götürmüş yürüşdə 200-dən artıq atlet iştirak edib. “Saat qülləsi”nədək davam edən yürüş müxtəlif kateqoriyalar üzrə təşkil olunub. Veteranlar arasında Sadiq Sadiqov, oğlanların mübarizəsində Vüqar Novruzov, qızların yarışında Şəfa Məmmədova, həvəskarların yürüşündə isə Cavid Abdullayev birinci olublar. Qaliblərə kubok, diplom və xatirə hədiyyələri təqdim olunub. (Azertac)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.