17 oktyabr 2012 11:40

Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin tərkibində dəyişikliklər baş verdi

Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyəti sədrinin yeni müavini təyin edilmişdir. Bu vəzifəyə əvvələr, Şirkətin maliyyə departamentnin direktoru və eyni zamanda baş mühasib vəzifəsində çalışan və İdarə Heyətinin üzvü olan Rahim Zəkiyev layiq görülmüşdür.
 
Qeyd etmək lazımdır ki, Rahim Zəkiyev 2002-ci ildə, şirkətin təsis olunduğu vaxtdan etibarən şirkətdə çalışır. Bu müddət ərzində o, mühasib vəzifəsindən İdarə Heyətinin üzvü vəzifısinədək yüksəlmişdir.
 
Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov bu barədə məlumat verərkən bildirmişdir: “Rahim Zəkiyev şirkətimizdə ilk günlərdən çalışan işçilərdən biridir və şirkətin fəaliyyəti və inkişafında onun rolu əvəzsizdir. Biz, işə, vəsifələrinə peşəkarcasına, məsuliyyət və şövqlə yanaşan əməkdaşları hər zaman yüksək qiymətləndirmişik. Rahim Zəkiyev məhz belə insanlardandır və bu təyinat onun işə verdiyi töhfənin məntiqi nəticəsidir”.
 
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.