10 oktyabr 2012 11:02

Beynəlxalq Sığorta Şirkətində Azərbaycan sığorta bazarının liderləri ilə Türkiyənin informasıya texnologiyaları sahəsinin aparıcı şirkəti arasında görüş keçirildi

9 oktyabr 2012-ci il tarixində Beynəlxalq Sığorta Şirkətində ölkəmizin aparıcı sığorta şirkətlərinin Türkiyənin informasıya texnologiyaları sahəsinin lideri olan “Cybersoft” şirkəti ilə görüşü keçirilmişdir. Görüş zamanı, Azərbaycanda sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi perspektivləri müzakirə edilmişdir.
 
Beynəlxalq Sığorta Şirkətinin nümayəndələri ilə yanaşı, tədbirdə Paşa Sığorta, Atəşgah, İpək Yolu Sığorta, Atasığorta, Xalq Sığorta, Azərbaycan Sənaye Sığorta və Günay Sığorta şirkətlərinin rəhbərləri və İT bölmələrinin müdirləri iştirak etmişlər.
 
Görüşdə, “Cybersoft” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılmasının müasir həlləri nümayiş etdirilmişdir. Tədbir iştirakçıları Şirkətin proqram təminatı sahəsində digər məhsulları barədə, o cümlədən  CRM və elektron ticarət sistemləri sahəsi üçün proqram təminatları barədə də məlumatlandırılmışlar. 
 
Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov görüşdən sonra məlumat verərək bildirmişdir: “Bu görüş birinci olduğuna və tanışlıq xarakteri daşıdığına baxmayaraq çox faydalı oldu. Biz sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı bir sıra sualları müzakirə edə bildik. Şirkətin təkliflərinin  bizə maraqlı olmasını deyə bilərəm”.
 
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.