9 oktyabr 2012 13:46

Bakıda Beynəlxalq Olimpiya elmi konfransı start götürüb

Oktyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında «İdman ili»nə həsr olunmuş Beynəlxalq Olimpiya elmi konfransı start götürüb. Azerisport.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən ADBTİA-nın rektoru professor Ağacan Abiyev Azərbaycanda, digər sahələrdə olduğu kimi, idmanda da yüksək sürət və inkişafın baş verdyini qeyd edib və Olimpiya ilində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyətini vurğulayıb.
 
Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İdman ilində, MOK-un 20 illik yubileyi ərəfəsində keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını bildirdi.
 
Almaniya İdman Universitetinin professoru Manfred Lammer «Qədim Olimpiya oyunları və müasir Olimpiya ideyaları» mövzusunda məruzə etdi.
 
Sonra isə AzDBTİA-nın rektoru Ağacan Abiyev «Pyer de Kuberten Olimpizmi» mövzusunda çıxış etdi.
 
Konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirir. Bölmə iclaslarında «Olimpiya oyunlarına hazırlığın nəzəriyyəsi və metodikasında innovasiyaların tətbiqi», «Müasir Olimpiya oyunlarının e. ə. keçirilən Olimpiya oyunları ilə müqayisəli təhlili», «Müasir Olimpiya hərəkatının fəlsəfi aspektləri və gənclərin olimpiya təhsili kütləvi idman hərəkatının inkişafının əsas istiqamətidir», «Bədən tərbiyəsi və idman insan orqanizminin funksional sistemdə hormonik inkişafın və stressin sabitləşdirilməsində əsas vasitədir» kimi mövzular ətrafında məruzə və çıxışlar dinlənilir.
 
Konfrans öz işini bu gün yekunlaşdıracaq.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.