4 oktyabr 2012 17:08

İdman ilinə ictimai dəstək

Oktyabrın 3-dən Gənclər üçün Təhsil Mərkəzinin İdman Klubu fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, klubun yaradılmasında əsas məqsəd ölkəmizdə “İdman ili”nə ictimai dəstək verməkdir.
 
Klub Bakı və regionlarda gənclərin müxtəlif idman növlərinə həvəsləndirilməsi, idman təhsilinin inkişaf etdirilməsi və gənclər tərəfindən idmana ictimai dəstəyin artırılması üçün çalışacaq.
 
Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2012-ci ili “İdman ili” elan etməsi idmançılar, idman ictimaiyyəti və idmansevərlər üçün gözəl bir hədiyyədir. Ölkəmizdə idmana xüsusi diqqət göstərilir. Bu il çərçivəsində ölkəmizdə idmanın daha da inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülüb, müxtəlif beynəlxalq yarış və tədbirlər keçirilib. Belə bir prosesdə biz gənclər passiv olmamalı, ölkə rəhbərliyinin bu təşəbbüsünə qoşulmalı, bütün gənclərimizi idmana həvəsləndirməliyik. Bu baxımdan biz idmanın inkişafına ictimai dəstək verməyi və region gəncləri arasında idmana marağın daha da artırılması üçün müxtəlif tədbirlər həyata keçirməyi nəzərdə tuturuq.
 
Qeyd edək ki, Klub öz fəaliyyəti çərçivəsində müxtəlif idman aksiyaları, məlumatlandırma kampaniyaları, idman yarışları, beynəlxalq təcrübə və səfər proqramları, təqdimatlar və digər tədbirlər təşkil edəcək.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.