27 sentyabr 2012 15:55

Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən obyektlər aşkarlandı

Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən iki obyekt aşkar edilib. Azerisport.az xəbər verir ki, Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 30A, ev 29 ünvanında vergi nəzarəti tədbirləri həyata keçirilərkən Qafarov Şahin Ələsgər oğluna (VÖEN 1302699892) və Quliyev Orxan İbrahim oğluna (VÖEN 1001364012) məxsus obyektlərdə qanunsuz totalizator oyunlarının təşkil edildiyi aşkarlanıb.
 
“Real” adı ilə qanunsuz totalizator fəaliyyəti göstərən Şahin Qafarova məxsus obyektdə nəzarət tədbiri keçirilərkən obyektin qanunsuz fəaliyyətini təsdiq edən 4 ədəd kompüter dəsti, noutbuk, televizor, “qara mühasibatlıq” sənədləri və nağd pul vəsaitləri aşkar edilərək vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb. Həmin gün eyni ünvanda Orxan Quliyevə məxsus “Maxsimus” adlanan digər obyektdə də qanunsuz olaraq totalizator oyunlarının keçirildiyi aşkarlanıb. Obyektin qanunsuz fəaliyyətini təsdiq edən 2 ədəd kompüter dəsti, televizor, boş və yazılı uduş kuponları, nağd pul vəsaitləri müvafiq qaydada rəsmiləşdirilərək götürülüb. Keçirilən tədbir zamanı hər iki şəxsin nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.
 
Vergilər Nazirliyi qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı mübarizəni davam etdirir və xəbərdarlıq edir ki, vergi qanunvericiliyinin pozulması hallarına qarşı gələcəkdə də sərt tədbirlər görəcək.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.