28 iyun 2012 11:51

Azərbaycan Avropa Olimpiya oyunlarına ev sahibliyi etmək istəyir

Gənclər və idman sahəsində Azərbaycan və Macarıstan Respublikaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi, gənclər və idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması ilə bağlı bir sıra mühüm məqamların müzakirəsi gənclər və idman naziri Azad Rəhimov və Macarıstan Respublikasının sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi Mikloş Soltesin görüşündə baş tutub. Azerisport.az xəbər verir ki, nazir Azad Rəhimov qonaqla görüşündə gənclər və idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları, Azərbaycan idmançılarının Lodon Yay Olimpiya oyunlarına hazırlığı, müstəqillik qazandıqdan sonra Azərbaycanın ilk dəfə olaraq olimpiadaya ən böyük komanda ilə getməsi, idman infrastrukturu, idman növlərinin inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat verib.
 
Azad Rəhimov: “Hal hazırda 34 OİK fəaliyyət göstərməkdədir. 12 OİK isə tikilməkdədir. Biz 2015-ci ildə Avropa tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya oyunlarına, 2016-cı il  Şahmat Olimpiadasına, 2017-ci il İslam oyunlarına ev sahibliyi etmək məqdəsi ilə bu istiqamətdə çalışırıq”.
 
Azad Rəhimov Macarıstan və Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsini, ölkə başçısı İlham Əliyevin hər iki ölkə arasında müxtəlif  sahələrdə əlaqələrin daha çox inkişafına önəm verməsini və sevindirici hal olaraq, bu sahələr sırasında gənclərin də olmasını xüsusi vurğuladı.
 
Macarıstan Respublikasının sosial ailə və gənclərlə  iş üzrə Dövlət katibi Mikloş Soltes də öz növbəsində  Bakı şəhərində gerçəkləşən “Böyük ipək yolu” gənclərin beynəlxalq konqresi və festivalında iştirak etməsindən məmnun olduğunu bildirib. Miklos Soltes eyni zamanda bir neçə ay bunda öncə Macarıstanda yüksək səviyyədə gerçəkləşmiş xaricdə təhsil alan Azərbaycanlı gənclərin forumunu xatırlayıb, gənclər və idman sahələrinin inkişafının önəmindən söz açdı və bu istiqamətdə daha böyük işlərin görülməsi üçün çalışacağını qeyd edib.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.