24 may 2012 14:11

Beynəlxalq Sığorta Şirkəti 3-cü dəfə ISO beynəlxalq standartı sertifikatını aldı

2012-ci ilin may ayının 21-22 tarixlərində ekspertiza və sertifikatlaşdırma sahəsində dünya liderlərindən biri olan SGS şirkətinin mütəxəssisləri tərəfindən Beynəlxalq Sığorta Şirkətinin ISO 9001: 2008 beynəlxalq standartına uyğunluğunun təsdiqlənməsi üçün növbəti audit keçirilmişdir.
 
Audit, müştərilərin Beynəlxalq Sığorta Şirkəti tərəfindən təqdim olunan məhsulları və xidmətlərindən məmnunluq səviyyəsinin artırılması məqsədi ilə, Şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartın bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilmişdir. Audit zamanı keyfiyyət menecmenti sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi və Şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi yoxlanılmışdır. Müvəffəqiyyətlə yekunlaşan yoxlama zamanı, keyfiyyət menecmenti sisteminin inkişafında Şirkət əməkdaşlarının yüksək peşəkarlığının rolu qeyd olunmuşdur.
 
Şirkətin layiq görüldüyü hazırkı ISO 9001: 2008 beynəlxalq standartına uyğunluq sertifikatı sayca üçüncüdür. Əvvəlki sertifikatlar Şirkətə 2006-cı və 2009-cu illərdə verilmişdir və 2006-cı ildən etibarən hər il SGS şirkətinin mütəxəssisləri tərəfindən Beynəlxalq Sığorta Şirkətində nəzarət auditi keçirlir.
 
Hazırda keyfiyyət və işgüzar etika sahəsində dünya etalonu kimi tanınan SGS şirkətinin əsası 1878-ci ildə qoyulmuşdur. Baş ofisi Cenevrədə yerləşən şirkətin 1350 regional ofis və laboratoriyadan ibarət şəbəkəsində 70 000-dən artıq mütəxəssis çalışır.
 
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.