24 aprel 2012 14:33

Azad Rəhimov ikiqat dünya çempionunu qəbul edib (FOTO)

Bu gün gənclər və idman naziri Azad Rəhimov Dünya şöhrətli atlet Kolin Cekson, İngiltərə Futbol Assosiasiyasının sabiq İcraçı Direktoru, tanınmış idman jurnalisti Devid Devis (David Davies)  və “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeyi qəbul edib. Azerisport.az xəbər verir ki, nazir qonaqları salamladıqdan sonra onların Azərbaycan idmanına, xüsusən paralimpiyaçılara olan diqqətinin önəmindən danışdı.
 
Bunula yanaşı Azad Rəhimov  Azərbaycan idmanında qazanılan qələbələr, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğı, 2012-ci ilin ölkə başçısının sərəncamı ilə “İdman ili” elan olunması, London Yay Olimpiya oyunlarına hazırlıq, Bakının 2020-ci il üçün Olimpiya və Paralimpiya oyunlarına namizəd şəhər olması barədə məlumat verdi: “Sevindirici haldı ki, Azərbaycan bu il ilk dəfə olaraq olimpiya oyunlarında velosiped, avarçəkmə idman növləri ilə də təmsil olunacaq. Biz eyni zamanda otüstü hokkey, açıq suda üzgüçülük, kamandan ox atma idman növlərindən də lisenziya gözləyirik. Atletika idman növündə də qazanılan qələbələri xüsusi olaraq vurğulamaq istərdim”.
 
Nazir fəaliyyət göstərən olimpiya komplekslərindən soz açaraq bildirdi ki, bu il Cəlilabad və Qobustanda da  Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bunula yanaşı nazir  2013-cü ildə Şirvan, Xaçmaz, Qax, Göy-Göldə də Olimpiya komplekslərinin tikilməsinin planlaşdırıldığını, hal-hazırda ölkədə Olimpiya Futbol stadionunun, Gimnastika Kompleksinin, boks, cüdo, mərkəzlərinin tikintisinin getdiyini  diqqətə çatdırdı: “Bu il ölkəmiz üçün sözün əsl mənasında önəmli ildir. Buna ən böyük misal kimi “Eurovision” mahnı müsabiqəsini, 17 yaşında qızlar arasında futbol üzrə dünya çempionatını, Bakinin 2020 Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində böyük addımlar atmasını, London Yay Olimpiya oyunlarına hazırlağı gətirə bilərəm”.
 
Qonaqlar öz növbəsində bu gün Azərbaycanda idmanın inkişafının göz önündə olduğunu, Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha böyük qələbələrə imza atdıqlarını, idmanla məşğul olan gənc nəsiln daha çox yetişdiyini xüsusi olaraq vurğuladılar.
 
Qeyd edək ki, qonaqların ölkəmizə səfərinin əsas məqəsid “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkil etdiyi Azərbaycanda Beynəlxalq İdman Həyəcanı İrsinin iki illik yubileyinə qatılmaqdı.
 
(GİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.