20 aprel 2012 11:08

Azad Rəhimov küveytli həmkarı ilə görüşüb (FOTO)

Aprelin 19-da  Küveytin dövlət komitəsində Gənclər və idman naziri Azad Rəhimov və Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin Sədri, general Feysal Əl Cəzzaf arasında geniş müzakirələr aparılıb. Azerisport.az xəbər verir ki, daha sonra A.Rəhimov və general F.Cəzzafın iştirakı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.
 
Mətbuat konfransında çıxış edən Azad Rəhimov Küveytə səfəri zamanı buradakı idman kompleksləri, müxtəlif idman federasiyalarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanının yarandığını, həmçinin, Küveytli həmkarı ilə iki ölkə arasında böyüməkdə  olan qarşılıqlı əməkdaşlığın daha da sürətli inkişaf perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırdı. Bununla yanaşı, nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və gənclər siyasətinə xüsusi önəm verdiyini bildirərək, son illər ərzində Azərbaycanda istifadəyə verilən çoxsaylı idman komplekslərinin geniş infrastrukturu haqqında məlumat verdi. Azad Rəhimov KİV nümayəndələrinə məhz bu böyük potensiala əsaslanaraq, Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürdüyünü bildirdi.
 
Öz növbəsində general Feysal Əl Cəzzaf 2010-cu ildə Azərbaycana rəsmi səfəri zamanı burada gənclər və idman sahələrinə dövlət səviyyəsində göstərilən diqqətin əyani şahidi olduğunu söylədi. Küveyt gənclər təşkilatının üzvlərinin Azərbaycana səfər etdiklərini, Küveytin ən böyük karate və uşu idman növləri üzrə klubları üçün 2010-11-ci illərdə Bakı şəhərində təlim-məşq toplantılarının keçirildiyini və bununla yanaşı, Azərbaycana gələn Küveyt idmançılarının istirahəti üçün də münasib şəraitinin yaradıldığını bildirdi. Habelə, F.Cəzzaf ölkəmizin mülayim iqlimindən, füsünkar təbiətindən və idmançıların məşqləri üçün yaradılan münbit şəraitdən də söz açaraq, Azərbaycana səfəri zamanı xalqımızın böyük qonaqpərvər xüsusiyyətlərinin əyani şahidi olduğuna diqqətə çatdırdı.
 
Söhbət əsnasında, hər iki tərəf Azərbaycanın “İrəli” İctimai Birliyinin Küveyt və ümumiyyətlə, Yaxın Şərq regionunda aparıcı gənclər təşkilatı sayılan “LoYAC-Lothan Youth Achievement Center”lə artıq imzaladığı (2010-cu il aprel ayının 16-da) “Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayaraq, sözügedən iki qurum arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd etdilər. 
 
Elə həmin gün Azad Rəhimov Küveytin Skvoş Federasiyası və Atıclıq poliqonu ilə tanış oldu.
İki gün davam edəcək səfər çərçivəsində Azad Rəhimovun Küveytin müxtəlif idman növləri federasiyalarının rəhbərləri ilə görüşləri, həmçinin, “Ərəb Klubu” üzgüçülük və “Bayan” nümunəvi idman kompleksləri ilə tanışlığı nəzərdə tutulub.   
            
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin Sədri, general Feysal Əl Cəzzafın dəvəti ilə 18 aprel tarixində Əl-Küveyt  şəhərinə rəsmi səfərə gedib.
 
Səfər iki ölkə arasında 2010-cu il aprel ayının 16-da Bakı şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i və 2011-ci il yanvar ayının 10-da Əl-Küveyt şəhərində bağlanan “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu” əsasında həyata keçirilir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.