16 aprel 2012 18:09

Azad Rəhimov: Bu, bizim üçün yaxşı təcrübə oldu

2018-ci il Rusiyada keçiriləcək FİFA Dünya Kubokunun təşkilat komitəsinin rəhbərinin  fikrincə Bakı 2020 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün növbəti mərhələyə keçməyə çox layiqdi. Azerisport.az xəbər verir ki, Doha, İstanbul,  Madrid və Tokyo kimi rəqibləri ilə birgə Milli Olimpiya Komitələrinin Baş Assambleyasında etdiyi yüksək səviyyəli  təqdimatı ilə Bakı 2020 nümayəndə heyəti hər kəsi heyrətləndirə bildi.
 
Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 10 dəqiqəlik təqdimatına  Hollivud rejissoru Rupert Vaynraytın çəkdiyi qısa film daxil edilmişdi ki, bu da böyük sürpriz oldu.
 
Rusiya 2018 təşkilat komitəsinin  icraçı direktoru Aleksey Sorokin:  “Düşünürəm ki, təqdimat  izləyiciləri “heyrətləndirdi”. Mehriban xanımın çıxışı və təqdimat çox gözə idi. Görünür ki, ölkə həqiqətən 2020-ci il Olimpiya Paralimpiya oyunlarına ev sahibliyi etmək hüququna layiqdir.”
 
Moskvanın 2012 Olimpiya və  Paralimpiya oyunlarına ev sahibliyi namizədliyinə rəhbərlik etmiş Sorokinin fikrincə mayın 23-də Kanadanın Kvebek şəhərində Bbeynəlxalq Olmpiya Komitəsinin idarə heyətinin qərarına əsasən bütün beş şəhərin növbəti mərhələyə keçməsi daha məqsədə uyğun olardı. Aleksey Sorokin: “Düşünürəm ki, Beynəlxalq Olimpiya Komitəsi  bütün ölkələrə mübarizəni davam etdirmək üçün imkanlar yaradacaq. Nəzərə almaq lazımdır ki, Roma artıq mübarizədən geri çəkilib. Hal hazırki durumda bütün namizəd ölkələr finala çatmağa layiqdirlər.”
 
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun fikrincə, Azərbaycanın etdiyi təqdimat mübarizə yolunda böyük dönüşə səbəb ola bilər. Bakının 2016-cı il Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində mübarizə birinci mərhələdə uğursuz olsa da, bu bizim üçün böyük təcrübə oldu.
 
Azad Rəhimov: “2016 bizim üçün yaxşı təcrübə oldu. Əgər hal-hazırki, şəhəri dəyişmək uğrundadırsa, biz bu dəfə daha yaxşı hazırlıqlıyıq. 2020-ci il üçün  konsepsiyamızı daha dəqiq hazırlmışıq. Bizim beynəlxalq tərəfdaşlarımızdan biri  Pekin 2008, Vankuver 2010, Soçi 2014, Pyeongchang 2018 və  Rusiya 2018 FİFA Dünya Kuboku  qələbələrini qazanmış Helius Partnersdir.”
 
Azad Rəhimov:  “Mən Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Federasiya nümayəndələrindən çox müsbət rəylər almışam. Xatirimdədir, 2016-cı ilə namizəd olarkən, yazırsılar ki, “Bakının namizədliyi ciddi deyil”. Lakin bu dəfə münasibət tam fərqlidir. Artıq dünya  bizə başqa gözlə baxır.”
 
(GİN Mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.