28 fevral 2012 01:32

NBA-nın keçmiş ulduzu İlham Əliyevə mükafat təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Serbiya Olimpiya Komitəsinin sədri, “Ana və Vlade Divats Fondu”nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azerisport.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
 
Ölkələrimiz arasında möhkəm tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan Prezident İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana, özünün isə Serbiyaya səfərini məmnunluqla xatırlayaraq əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında idman sahəsində də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
 
Ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu bildirən Vlade Divats təmsil etdiyi region üçün Azərbaycanın gördüyü işlərə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə Serbiya arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
 
Sonra Vlade Divats Azərbaycan və Serbiya, həmçinin Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi dəyərli töhfələrə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı “Taşmaydan” və “Bayraklı” parklarının yenidən qurulması və abadlaşdırması, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması, Novi Sad şəhərində “Müqəddəs Petaka” kilsəsinin tikintisi, Novi Pazar şəhərində mədəniyyət evinin yenidən qurulması, Sarayevo şəhərində “Bakı” küçəsinin və “Dostluq parkının” yenidən qurulması və abadlaşdırılması, Belqraddakı Körpələri, Uşaqları və Gəncləri Müdafiə Mərkəzinin Analar və Uşaqlar Ambulatoriyasına, həmçinin Voyvodina bölgəsində məskunlaşmış qaçqınlara humanitar yardımın göstərilməsi, Monteneqronun Virpazar bölgəsində daşqından əziyyət çəkən insanların humanitar yardımla təmin edilməsi, tanınmış serbiyalı yazıçı Milorad Paviçin “Xəzərlərin lüğəti” kitabının Azərbaycan dilində çap olunmasına hərtərəfli dəstəyin göstərilməsi, dünya şöhrətli serbiyalı alim Nikola Teslanın Bakıda abidəsinin ucaldılması qərarının verilməsi, nümunə ola biləcək müxtəlif mədəniyyətlərin yaxınlaşması, humanizm, xeyriyyəçilik və dini tolerantlığın möhkəmləndirilməsinə töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görüldüyünü deyib və mükafatı dövlətimizin başçısına təqdim edib.
 
Mükafata görə təşəkkürünü bildirən dövlətimizin başçısı bunu Azərbaycan - Serbiya dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirib.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.