19 fevral 2012 11:57

Bakı-2020-nin rəhbərliyi 5-ci dünya konfransında (FOTO)

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ABŞ-ın Los Anceles şəhərində təşkil etdiyi Qadınlar və İdman üzrə 5-ci Dünya Konfransında iştirak edir. Azerisport.az xəbər verir ki, konfransda olimpiya qurumları, beynəlxalq federasiyalar, universitetlər və müxtəlif qeyri-hökumət təşkilatlarından 600-dən çox nümayəndə 130 ölkəni təmsil edir.
 
ABŞ-da keçirilən konfransda qadınların idmanda iştirakının artırılması istiqəmətində Dünya Olimpiya Hərəkatı ilə yeni əməkdaşlıq imkanlarını araşdıracağını və Azərbaycanda qadın idmanının inkişafına dair müsbət təcrübəni bölüşəcəyini bildirən Könül Nurullayevanın fikrincə “Azərbayan sürətlə inkişaf edən dövlət olaraq qadınların cəmiyyətin bütün səhələrində, həmçinin idmanda da, fəal iştirakını dəstəkləyir və idmanın inkişafını prioritet istiqamətlərdən biri hesab edir. Dövlətimizin qəbul etdiyi 2009-2020-ci illər üçün Azərbaycanda Bədən Tərbiyyəsi və İdmanın İnkişafı üzrə Milli Strategiyası qadınların idmanda iştirakının artırılmasına xüsusi önəm verir”.
 
Bununla yanaşı Könül xanım Azərbaycanda qadınların idmana cəlb edilməsi istiqamətində bir çox işlərin görüldüyünü də əlavə edir: “Bizim gənc qızlar və qadınlarımızın idmanda fəal iştirakı üçün geniş imkanlar var və onlar həm yerli, həm də beynəlxalq arenalarda çoxsaylı uğurlar əldə edirlər. Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində - dövlət idarəçiliyi, mədəniyyət, təhsil, biznes və idmanda fəal iştirak edirlər. Bizim tanınmış qadın Olimpiyaçılarımız və digər dünya səviyyəli idmançılarımız var. Bir neçə gün bundan öncə Beynəlxalq Güləş Federasiyası FİLA idmançımız Mariya Stadniki 2011-ci ilin Dünyanın Ən Yaxşı Qadın Güləşçisi adına layiq görmüşdür. Milli Olimpiya Komitəsi olaraq biz də öz növbəmizdə  dünya Olimpiya Hərəkatı ilə əməkdaşlığımızdan istifadə edərək qadınlarımızın idmana cəlb edilməsini və beləliklə cəmiyyətimizin inkişafında onların rolunun artırılması üçün yeni imkanlardan istifadə etməyə çalışırıq”.
 
Qeyd edək ki, BOK-un təşkilatçılığı ilə fevralın 18-də Los Ancelesdə keçirilən Qadın və İdman Dünya Konfransında beynəlxaql idman qurumları, həmçinin, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak edir. Konfrans BOK-un Prezidenti cənab Jak Roq, BOK-un Qadın və İdman Komitəsinin Sədri Anita DeFrantz, Los Anceles şəhərinin meri Angeles Antonio Villaraigosa və BMT-nin Qadınların Statusu Komitəsinin Sədri Marjon V.Kamaranın çıxışları ilə işə başlamışdır.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.