9 fevral 2012 14:43

İctimai Şuradan yeni əsasnamə (FOTOLAR)

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sədrliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, İ.Babayev gündəlikdə duran məslələr haqda məlumat verdikdən sonra İctimai Şuranın artıq yeni formatda fəaliyyət göstərməsinin, yenidən formalaşmasının zəruriliyini qeyd edib. 
 
İclasda İctimai Şuranın yeni Əsasnamə layihəsini və komissiyaların yaradılması ilə bağlı təkliflər geniş müzakirə edilib.  Nəticədə yeni əsasnamə qəbul olunub və aşağıdakı daimi komissiyalar yaradılıb:
 
1. Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi məsələləri üzrə komissiya
2. Gənclərin məşğulluq və karyera məsələləri üzrə komissiya
3. Gənclərin intellektual inkişafı,  elm, təhsil və asudə vaxt məsələləri üzrə komissiya
4. Gənclərin sağlamlıq məsələləri üzrə komissiya
5. Gənclərin beynəlxalq proqramlarda iştirakı və diasporla iş üzrə komissiya
 
İctimai Şuraya “Bizim Nəsil” Gənclərini Regional İnkişaf Assosiasiyası ictimai birliyinin sədri Nurəddin Mehdiyev sədr, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova isə sədr müavini seçiliblər. 
 
Daha sonra “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı 2011-ci il üzrə görülmüş işlər  və Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ci  ildə elan olunmuş müsabiqə haqqında  məlumat verilib.
 
İclasda həmçinin 2011ci ildə fəallığı ilə seçilən aşagıdakı gənclər təşkilatları Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif edilmişlər:
 
1. Azərbaycan – Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti
2. Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyi
3. “Gənclər Arasında Mübadilə” İctimai Birliyi
4. “Gənclik Təşəbbüsləri” İctimai Birliyi
5. "Gənclər İnkişaf Naminə" İctimai Birliyi
6. “Valideyin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyi
7. “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi (Lənkəran)
8. “Dünyaya Pəncərə” Biləsuvar Gəncləri İctimai Birliyi (Biləsuvar)
9. “Etimad-Uşaq və Gənclərə Psixoloji Dayaq” İctimai Birliyi (Sumqayıt)
10. Bakı Sənaye Pedaqoji Kollecinin Tələbə-Gənclər Təşkilatı
 
Qeyd edək ki, iclas 2 fevral – Azərbaycan Gəncləri Günün 15 illiyinə həsr olunub. (MOK-un mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.