31 dekabr 2011 13:30

2011-in idman qəhrəmanları

Azerisport.az Azərbaycanın 2011-ci il üçün ən yaxşı idmançı “onluğ”unu diqqətinizə çatdırır.
 
1. “Rabitə” - qadınlar arasında voleybol üzrə dünya çempionu və qadın klubları arasında Çempionlar liqasının gümüş mükafatçısı.
 
Siyahımızda birinci yeri ilk dəfədir ki, komanda tutur. Artıq iki il davam edən voleybol canlanması Azərbaycan klublarının avrokuboklardakı çıxışında əks olunmaya bilməzdi. “Rabitə”  ötən il “CEV Cup”ın üçüncüsü, bu il isə Çempionlar liqasının gümüş mükafatçısıdır. Ancaq uğurun zirvəsi komandaların dünya çempionatı oldu ki, burada da Zoran Qaiçin yetirmələri parlaq qələbə qazandılar.
 
2. Rövşən Bayramov - yunan-roma güləşi üzrə dünya çempionu.
 
Bu il dörd nəfər olimpiya vəsiqəli turnirlərdə dünya çempionluğunu qazanaraq Londona vəsiqəni təmin etdi. Bu idmançıların rəqabətində ikinciliyi Rövşən Bayramova veririk. Onun qələbəsi həmkarlarının uğurundan fərqlidir. Dünya çempionatına üç-dörd ay qalmış ona məşqçiliyə getməyi tövsiyə edirdilər. Ancaq Bayramovun başqa planları vardı. O, son toplanışlarda özünü sübut edərək İstanbula yollandı. Burada isə onu kimsə dayandıra bilmədi. Belə təzyiqi Rövşəndən olimpiada da gözləyirik.
 
3. Valentin Demyanenko - kanoedə avarçəkmə üzrə ikiqat Avropa və dünya çempionu.
 
Bu il qələbə sayına görə Azərbaycan yığmasının üzvləri arasında liderdir. Demyanenko elə sür’ət yığıb ki, artıq heç kim onun təqib edə bilmir. Özü isə ilk olimpiadasına planlı şəkildə hazırlaşdığını etiraf edir. Hamı ondan yalnız qələbə gözləyir.
 
4. Məhəmmədrəsul Məcidov - boks üzrə dünya çempionu.
 
Azərbaycan boksunda təsadüfən peyda olub. Bakının “Baku fires” klubunun heyətinə düşməklə WSB (Ümumdünya Boks seriyası) yarışında rinqdə elə həvəslə çıxış edirdi ki, məşqçilər onu həvəskar komandaya götürmək barədə düşünürdülər. Deyildi və yerinə yetirildi. Beləliklə ev sahibi olduğumuz dünya çempionatında ölkəmizin “qızıl”ı qazanmaq imkanı yarandı. Məcidov ideal döyüşçü olduğunu sübut edərək dünya çempionu oldu.
 
5. Şərif Şərifov - sərbəst güləş üzrə dünya çempionu.
 
Şərifov sərbəst güləş üzrə yığmada uzun müddət nəzərə çarpmayaraq liderliyi başqa döyüşçülərə uduzurdu. İlk dəfə 2009-cu ilin dünya çempionatında “açılışdı” və bürünc mükafata yiyələndi. Sonra Avro-2011-də üçüncü yeri tutdu. Rəqibləri ona əhəmiyyət vermədiyi halda o, tədricən dünya çempionatına hazırlaşırdı. İdeal forma yığaraq Şərifov qələbə qazandı və dünya çempionu oldu.
 
6. Teymur Məmmədov - boks üzrə Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı.
 
Azərbaycan idmanına qəfildən daxil olaraq yeni adlardan biri oldu. Məmmədov dünya çempionu olanda bir çox mütəxəssislər bunu təsadüf kimi qiymətləndirdilər. Heç yarım il keçməmiş o, dünya çempionatında uğurla çıxış edərək finala yüksəldi.
 
7. Elnur Məmmədli - dzüdo üzrə Avropa çempionu və World Masters turnirinin qalibi.
 
Pekin olimpiya çempionu bu ili kifayət qədər maraqlı keçirdi. İkinci dəfə Avropa çempionluğunu qazanaraq Məmmədli başqa yarışlarda əksərən öz çəkisində deyil (81 kq), 90 kq-da çıxış edirdi. Ancaq bu amil ona xüsusən mane olmurdu. O, sanki ağırçəkili rəqiblərinə onları məğlub edə biləcəyini deyirdi. World Masters-də qələbə və Qran-pri-də üç medal bu qəbildəndir. Məmmədli ikinci olimpiadasına getmək üçün uğurla reytinq xalları yığır. Məqsəd birdir - qələbə!
 
8. “Neftçi”- futbol üzrə ölkə çempionu
 
Bu il “Neftçi”nin ili oldu. Altı illik fasilədən sonra klub ölkə çempionatında inamlı qələbə qazandı. Taraz və sabit heyət toplamış “Neftçi” bütün rəqiblərini üstələyə bildi. “Neftçi” üçün klubun Çempionlar liqasında uğursuzluğu zərbə oldu və bu, baş məşqçi Arif Əsədovun Böyükağa Hacıyev ilə əvəzlənməsi ilə nəticələndi. Cari çempionatında əvvəlində klub bir qədər kölgədə qalsa da, təzyiqi artıraraq ili “qış çempionu” kimi bitirə bildi.
 
9. Ramin Əzizov - taekvondo üzrə dünya çempionatının bürünc medalçısı, olimpiadaya lisenziya xarakterli turnirin qalibi.
 
Yeni nəslin daha bir nümayəndəsi. İdeal texnika sahibidir. Ötən il beynəlxalq yarışların birində uğurla çıxış etməklə məşqçilərin etimadını qazanıb. Bu etimad özünü doğrultdu. Əzizov dünya çempionatında uğurla çıxış edərək üçüncü oldu. Sonra isə , olimpiadaya lisenziya xarakterli turnirdə qələbə qazandı. Qeyd edək ki, Əzizov öz texnikasını Almaniya və ABŞ-da keçirilmiş beynəlxalq turnirlərdə göstərə bilib.
 
10. Şahmat üzrə Azərbaycan yığması - Avropa çempionatının gümüş mükafatçısı.
 
Bu il şahmatçılarımız inamlı və uğurlu oyunlarını qaytardılar. İl komandaların dünya çempionatında uğursuzluqla başlasa da, Avropa çempionatında Azərbaycan yığması (Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qadir Hüseynov, Eltac Səfərli) ikinci oldu. Yeri gəlmişkən bu çempionat, ölkəmizin mükafatçılar siyahısına düşdüyü üçüncü Avropa komanda çempionatı, Məmmədyarov isə ən məhsuldar oyunçu oldu. “SOCAR-Azerbaijan”ın Avropa kubokunda qazanılmış gümüşünü də qeyd etmək istərdik. Burada yığmamızı Rəcəbov, Məmmədyarov, Səfərli və Rauf Məmmədov təmsil edirdi.
 
Ilin ən yaxşı məşqçisinə gəlincə, fikrimizcə bu, boks üzrə yığmamızın məşqçisi Yevgeniy Kotovdur. Onun təyinatından sonra boksçularımız Avropa və dünya çempionatında qələbələr qazanmağa başladılar.
 
 
Mənbə: Zerkalo

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.